Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb - FOTO

“McDonald’s” 176 yerlik yeni restoranı ilə 100-dən çox iş yeri yaradıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“McDonald’s Azərbaycan” “Nizami Mall”-da yeni restoran açıb - FOTO

“McDonald’s Azərbaycan” “Nizami” metro stansiyasının yaxınlığında, Salatın Əsgərova küçəsində yerləşən “Nizami Mall” ticarət mərkəzində yeni restoran açıb.

Restoran “Nizami Mall”-un birinci mərtəbəsində yerləşir və küçədən ayrıca girişə malikdir. Restoran 176 oturacaq yeri üçün nəzərdə tutulub. İnteryer müasir minimalizmi, lakonik formaları və təbii materialları birləşdirən qlobal “RAY” dizayn konsepsiyası əsasında hazırlanıb.

Restoranda geniş çeşiddə qəhvə çeşidləri və desertlər təqdim edən “McCafé” fəaliyyət göstərir, həmçinin səhər yeməyi menyusu mövcuddur. Qonaqlar sifarişlərini özünəxidmət köşkləri vasitəsilə verə və ya sifarişlərin masaya çatdırılması xidmətindən yararlana bilərlər. Uşaqlı qonaqlar üçün “PlayPlace” oyun zonası nəzərdə tutulub. “McDelivery” çatdırılma xidməti də mövcuddur.

Açılış mərasimində “McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskiy, “Azera Holding”in direktoru Akif Əliyev və “Nizami Mall”un direktoru Tural Əliyev iştirak ediblər.

Yeni restoranın açılması ilə 100-dən çox iş yeri yaradılıb. Bu gün “McDonald’s Azərbaycan” ölkənin 3200-dən çox vətəndaşını işlə təmin edir. Şirkət 26 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir və restoran şəbəkəsini genişləndirməyə, eləcə də yerli bizneslə əməkdaşlığı inkişaf etdirməyə davam edir.

Hazırda şirkətin tərəfdaşları arasında təchizat və logistika, informasiya texnologiyaları, işə qəbul, marketinq və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox yerli şirkət var. “McDonald’s” şəbəkəsinin inkişafı həm birbaşa, həm də yerli təchizatçı və tərəfdaşlarda yeni iş yerlərinin yaradılmasına töhfə verir, əlaqəli sahələrdə əlavə iqtisadi fəallıq formalaşdırır və şirkətin ölkənin qeyri-neft sektorunun inkişafına töhfəsini artırır.

İş elanları AzVak.az-da

McDonald’s Azərbaycan McDonald’s McDonald’s Bakı Nizami Mall McDonald’s Nizami Mall Nizami metrosu yeni restoran restoran açılışı McDonald’s yeni restoran Oskar Boqopolskiy Azera Holding Akif Əliyev Tural Əliyev McCafé McDelivery PlayPlace restoran şəbəkəsi yeni iş yerləri 100 yeni iş yeri 3200 işçi Azərbaycan restoran bazarı ictimai iaşə fast food restoran biznesi yerli təchizatçılar qeyri-neft sektoru Bakıda yeni restoran Salatın Əsgərova küçəsi
25.08.2026 17:30
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19