Milli Etalon Vaxt artıq onlayndır - Maliyyə əməliyyatları üçün dəqiq vaxt mənbəyi
Azərbaycanın Milli Etalon Vaxtına dair rəsmi onlayn platforma istifadəyə verilib. Bu platforma vasitəsilə 2025-ci ildə Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (BIPM) tərəfindən təsdiqlənən Azərbaycanın Milli Etalon Vaxtı (UTC (AZ)) ilə təqdim edilən dəqiq və izləniləbilən vaxt mənbəyindən vətəndaşlar və dəqiq vaxta ehtiyac duyan təşkilatlar asanlıqla istifadə edə biləcəklər.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən Azərbaycanın Milli Etalon Vaxtının (UTC (AZ)) real vaxt rejimində nümayiş olunduğu rəsmi internet səhifəsi (https://aztime.metrology.gov.az/) istifadəyə verilib.
Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (BIPM) tərəfindən ötən il təsdiqlənən Azərbaycanın Milli Etalon Vaxtından telekommunikasiya şirkətləri, audiovizual yayım qurumları, bank-maliyyə sektoru, nəqliyyat və enerji infrastrukturu, informasiya təhlükəsizliyi və məlumatların emalı sahəsində fəaliyyət göstərən qurumlar, elmi-tədqiqat institutları, dövlət orqanları və digər maraqlı təşkilatlar bu platforma vasitəsilə öz fəaliyyətlərində istifadə edə bilərlər. Belə ki, maliyyə əməliyyatlarının dəqiq vaxtının müəyyənləşdirilməsindən tutmuş nəqliyyat-naviqasiya sistemlərinin və şəbəkə infrastrukturunun sinxronlaşdırılmasına qədər bir çox sahədə etibarlı və izləniləbilən vaxt mənbəyi böyük əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, ölkəmiz hazırda qlobal səviyyədə UTC-yə (Koordinasiyalı Universal Vaxt) töhfə verən laboratoriyaya malik dövlətlər sırasında yer alır. Belə ki, AzMİ-nin Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasındakı sezium atom saatları ilə peyk sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq Beynəlxalq Çəkilər və Ölçülər Bürosuna ötürülür və məlumatlar UTC-nin formalaşdırılmasında istifadə edilir. Nəticədə, Azərbaycan UTC-nin yaranmasına öz töhfəsini verir və milli etalon vaxtının beynəlxalq səviyyədə etibarlılığını təmin edir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
4 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
4 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
5 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
6 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı






















