970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın qeyri-neft sektoru 7 ayda 2,5 milyard dollarlıq ixraca nail olub

Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri və konsentratları 3-cü yeri tututb. Qeyri-neft ixracında 18%-dən çox artım – Rusiya əsas bazar olaraq qalır
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanın qeyri-neft sektoru 7 ayda 2,5 milyard dollarlıq ixraca nail olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə avqust sayını təqdim edib.

Marja.az xəbər verir ki, İcmala əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.

Cari ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 384,8 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 123 milyon ABŞ dollarına bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 26 faiz artaraq 261,8 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq ipliyi 81,9%, bitki və heyvan mənşəli piylər və yağlar 39,5%, alüminium və ondan hazırlanan məmulatlar 39,4%, pambıq lifi 24,9 %, qara metallar və onlardan hazırlanan məmulatlar 23,3%, çay 19,5%, meyvə-tərəvəz 16,4%, spirtli və spirtsiz içkilər isə 3,0% artıb.

2026-cı ilin yanvar-iyul aylarında aqrar məhsullar üzrə ixrac 22,1% artaraq 673,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8% artaraq 223,1 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8% artaraq 896,4 milyon ABŞ dollarına bərabər olub.

Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (239,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (172 milyon ABŞ dolları) ikinci, mis filizləri və konsentratları (152 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı, nektarinlər daxil olmaqla (46,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (37,2 milyon ABŞ dolları) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər məhsullar (28,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin yanvar-iyul aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 731,7 milyon ABŞ dolları, Türkiyəyə 390,6 milyon ABŞ dolları, Gürcüstana 328,1 milyon ABŞ dolları, İsveçrəyə 251,6 milyon ABŞ dolları, Ukraynaya isə 85 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2026-cı ilin iyul ayında Rusiya Federasiyasına 135,5 milyon ABŞ dolları, Gürcüstana 48,3 milyon ABŞ dolları, Türkiyəyə 39,8 milyon ABŞ dolları, İsveçrəyə 37,7 milyon ABŞ dolları, İspaniyaya isə 19,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

İş elanları AzVak.az-da

Azərbaycan ixracı qeyri-neft ixracı Azərbaycanın qeyri-neft ixracı 2026 ixrac göstəriciləri İxrac icmalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi İİTKM qeyri-neft sektoru Azərbaycan şəkər ixracı şəkər ixracı pambıq ipliyi ixracı pambıq lifi ixracı alüminium ixracı qara metal ixracı çay ixracı meyvə-tərəvəz ixracı aqrar məhsulların ixracı aqrar-sənaye məhsulları Azərbaycan aqrar ixracı qızıl ixracı pomidor ixracı mis filizi ixracı şaftalı ixracı Rusiya Azərbaycan ixracı Türkiyə Azərbaycan ixracı Gürcüstan Azərbaycan ixracı İsveçrə Azərbaycan ixracı qeyri-neft ixracı 2 5 milyard dollar Azərbaycan xarici ticarəti.
28.08.2026 10:08
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19