Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Sənədsiz ev sahiblərinə xəbərdarlıq edildi: Bu tikililərə çıxarış (kupça) verilməyəcək

“Biz sənədsiz evə çıxarış verə bilmərik” – Mətin Eynullayev səbəbləri açıqladı
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sənədsiz ev sahiblərinə xəbərdarlıq edildi: Bu tikililərə çıxarış (kupça) verilməyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda son 10 il ərzində 100 mindən çox fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması mümkün olub, daha 55 mindən çox mənzil isə mülkiyyət sənədləri ilə təmin edilib.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev sənədsiz evlərin qeydiyyatı ilə bağlı sualları cavablandırarkən bildirib.

O qeyd edib ki, Prezidentin qəbul etdiyi qərarlar və imzaladığı fərmanlar nəticəsində sənədsiz yaşayış evlərinin sayının əhəmiyyətli dərəcədə azaldılmasına nail olunub.

Mətin Eynullayev bildirib ki, Prezidentin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əvvəllər qeydiyyata alınması mümkün olmayan bir sıra fərdi yaşayış evləri və həyətyanı torpaq sahələrinin rəsmiləşdirilməsi üçün hüquqi imkan yaradılıb.

Onun sözlərinə görə, sovet dövründə və müstəqilliyin ilk illərində müxtəlif təşkilatlar və dövlət qurumları tərəfindən vətəndaşlara müəyyən sənədlər təqdim edilib. Lakin əvvəlki qanunvericilik həmin sənədlər əsasında ev və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasına imkan vermirdi.

“Fərmanla həmin sənədlərə hüquqi əsas statusu verildi. Bununla da təxminən son 10 il ərzində ən azı 100 mindən çox fərdi yaşayış evinin qeydiyyatının aparılması mümkün oldu”, - deyə Dövlət Xidmətinin rəisi bildirib.

55 mindən çox mənzilə mülkiyyət sənədi verilib

Mətin Eynullayev çoxmənzilli yaşayış binalarının sənədləşdirilməsi məsələsinə də toxunub.

O bildirib ki, vaxtilə istismara qəbul edilməyən çoxmənzilli binalarla bağlı 2019-cu ildə qəbul edilmiş və istismara qəbul prosedurlarını sadələşdirən müvafiq fərman nəticəsində çoxsaylı binaların rəsmiləşdirilməsi mümkün olub.

İş elanları AzVak.az-da

Nəticədə həmin binalarda yaşayan vətəndaşlar mənzilləri üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirə biliblər.

“Bu çərçivədə təxminən 55 mindən çox mənzil mülkiyyət sənədləri ilə təmin olunub”, - Mətin Eynullayev qeyd edib.

Dövlət Xidmətinin rəisi bildirib ki, 439 nömrəli Fərmana 2015-ci ildən indiyədək 5 dəfə əlavə və dəyişiklik edilib. Sonuncu dəyişiklik ötən ilin iyul ayında qəbul olunub. Onun sözlərinə görə, həmin dəyişiklik də on minlərlə vətəndaşın mövcud sənədlər əsasında əmlak hüquqlarını tanıtmasına imkan verəcək.

Sənədsiz evlər iki əsas kateqoriyaya bölünür

Mətin Eynullayev bildirib ki, sənədsiz fərdi yaşayış evlərini iki əsas kateqoriyaya bölmək mümkündür.

Birinci qrupa müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlər daxildir.

İkinci qrupa isə ümumiyyətlə heç bir hüquqmüəyyənedici sənədi olmayan və özbaşına inşa edilmiş tikililər aiddir.

Dövlət Xidmətinin rəisinin sözlərinə görə, tikilinin özbaşına hesab olunması üçün üç əsas meyar mövcuddur:

- tikinti üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa edilməsi;

- qanunvericiliklə tələb olunan icazələr alınmadan tikilməsi;

- tikinti norma və qaydalarının pozulması.

Bu meyarlardan hər hansı biri mövcud olduğu halda tikili özbaşına tikinti hesab olunur. Mətin Eynullayev vurğulayıb ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır.

İş elanları AzVak.az-da

Yalnız torpaq sahəsi şəxsin öz mülkiyyətində olduğu halda mülkiyyət hüququnun tanınması məsələsinə məhkəmə tərəfindən baxılması mümkündür.

Lakin bu halda da tikilinin digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmaması, eləcə də insan həyatı və sağlamlığı üçün təhlükə yaratmaması əsas şərtlərdəndir.

“Təhlükəli özbaşına tikililərin rəsmiləşdirilməsi hətta məhkəmə yolu ilə də mümkün deyil”, - Dövlət Xidmətinin rəisi bildirib.

 “Əmlak Xidmətinin sənədsiz evə çıxarış vermək səlahiyyəti yoxdur”

Mətin Eynullayev vətəndaşların sənədsiz tikililərə çıxarış ala bilmədiyi hallarda Əmlak Məsələləri Dövlət Xidmətini səbəbkar hesab etməsinə də münasibət bildirib.

O qeyd edib ki, Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi vətəndaşların təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin ekspertizasını həyata keçirir və həmin sənədlər əsasında hüquqları dövlət qeydiyyatına alır.

“Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeli strukturu hüquqmüəyyənedici sənəd olmadan sənəd vermək ixtiyarına malik deyil. Onlar yalnız qeydiyyat aparırlar”, - Mətin Eynullayev bildirib.

Onun sözlərinə görə, təqdim edilən sənədlərin məzmunu, forması, imza və möhürləri qanunvericiliyin tələblərinə uyğun və həqiqi olduğu halda müraciət müsbət cavablandırılır və daşınmaz əmlak üzərində hüquq qeydiyyata alınır.

Sənədlərdə çatışmazlıq olduqda, sənədlərin həqiqiliyi təsdiqlənmədikdə və ya torpaq sahəsinin zəbt edildiyi müəyyənləşdirildikdə isə qeydiyyat üçün hüquqi əsas yaranmır.

“Müvafiq sənədlər olmadığı təqdirdə məsələnin müsbət həlli mümkün deyil”, - Dövlət Xidmətinin rəisi bildirib.

Bu ərazilərdə yaşayış evi tikmək qadağandır

Mətin Eynullayev vətəndaşların ev alarkən və ya tikdirərkən torpaq sahəsinin təyinatına xüsusi diqqət yetirməli olduqlarını bildirib. Onun sözlərinə görə, qanunvericiliklə tikintinin qadağan edildiyi torpaq sahələri müəyyən olunub.

Bunlara, əsasən:

- kənd təsərrüfatı təyinatlı torpaqlar;

- meşə fondu torpaqları;

- su fondu torpaqları;

- xüsusi qorunan ərazilər daxildir.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız qanunvericiliyin nəzərdə tutduğu kənd təsərrüfatı məqsədli tikili və qurğular inşa edilə bilər. Belə tikintilər üçün torpaq sahəsinin ən azı 5 hektar olması tələb edilir və tikilinin əhatə etdiyi sahə ümumi torpağın 1 faizindən çox ola bilməz. Başqa sözlə, 5 hektarlıq torpaq sahəsində belə tikilinin sahəsi maksimum 500 kvadratmetr ola bilər.

Fərdi yaşayış və çoxmənzilli yaşayış binalarının kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilməsi isə qanunla qadağandır.

Kollektorların və qaz xətlərinin üzərində tikilən evlər sənədləşdirilə bilməz

Dövlət Xidmətinin rəisi mühəndis-kommunikasiya infrastrukturu obyektlərinin yerləşdiyi ərazilərdə və onların mühafizə zonalarında da yaşayış evlərinin tikilməsinin qadağan olduğunu vurğulayıb.

Belə ərazilərə:

- kollektorlar;

- su və kanalizasiya xətləri;

- yüksək gərginlikli elektrik xətləri;

- rabitə xətləri;

- neft boruları;

- qaz boruları və onların mühafizə zonaları daxildir.

Mətin Eynullayev bildirib ki, həmin infrastrukturların normal işləməsi, onlara texniki xidmət göstərilməsi və təmir aparılması üçün müvafiq qurumların əraziyə sərbəst çıxışı təmin edilməlidir.

Eyni zamanda, belə ərazilərdə tikilən yaşayış evləri insanların həyatı, sağlamlığı və əmlakı üçün ciddi təhlükə yarada bilər.

“Bu, potensial risk mənbəyidir. Ona görə həmin obyektlərin yaxınlığında, xüsusilə onların üzərində hər hansı tikintinin inşası qəti qadağandır”, - Dövlət Xidmətinin rəisi bildirib.

Onun sözlərinə görə, kommunikasiya xətləri ərazidən köçürülmədiyi müddətdə həmin ərazidə inşa edilmiş yaşayış evlərinin sənədləşdirilməsi mümkün deyil.

İş elanları AzVak.az-da

© Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev APA İnformasiya Agentliyinə və “Xəzər” televiziya kanalına müsahibəsi

sənədsiz evlər sənədsiz evlərə çıxarış evlərə kupça çıxarış almaq Mətin Eynullayev Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı fərdi yaşayış evləri evlərin sənədləşdirilməsi mənzillərə çıxarış kupça verilməsi özbaşına tikinti qanunsuz tikililər 439 nömrəli Fərman sənədsiz mənzillər çoxmənzilli binalar kənd təsərrüfatı torpaqları kollektor üzərində ev qaz xətti üzərində ev elektrik xətti üzərində tikinti daşınmaz əmlak reyestri əmlak hüquqlarının qeydiyyatı ev alarkən nələrə diqqət edilməlidir
31.08.2026 08:44
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19