Çin nəhəngi Azərbaycana gəlir
Çinin nəhəng neft-qaz şirkəti CNOOC enerji layihələrinə maraq göstərir, şirkət Azərbaycanda layihələrə qoşulmaq istəyir.Energetika naziri Pərviz Şahbazov "China National Offshore Oil Corporation” (CNOOC) şirkətinin Müşahidə Şurasının sədri Zhang Chuanjiang ilə görüşüb.
Marja xəbər verir ki, görüşdə Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında müxtəlif sahələrdə uğurla davam edən əməkdaşlığın enerji sektorunda da geniş imkanlar yaratdığı vurğulanıb. Azərbaycan-Çin strateji əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edən sənədlərin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan və Çin şirkətləri arasında enerji sahəsində formalaşmış əməkdaşlıq əlaqələri müzakirə edilib, mövcud tərəfdaşlığın inkişaf etdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
CNOOC şirkətinin nümayəndələri Azərbaycanda həyata keçirilən enerji layihələrində iştirak etmək maraqlarını ifadə ediblər. Müzakirələr zamanı neft-qaz sektoru və “yaşıl” enerji sahəsində potensial layihələr, o cümlədən Xəzər dənizində mümkün enerji layihələri barədə müzakirələr aparılıb.
SOCAR ilə “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
1 sentyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Çinin Milli Dəniz Neft Korporasiyasının (“CNOOC”) sədri Canq Şanczyan ilə görüşüb.
Marja xəbər verir ki, söhbət zamanı tərəflər dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi, hasilatı, neft emalı, neft-kimya sahələrində investisiya imkanlarını, beynəlxalq ticarət üzrə əməkdaşlıq fürsətlərini, yeni texnologiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması istiqamətlərində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.
Görüş çərçivəsində SOCAR ilə “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd Azərbaycanda və digər ölkələrdə birgə “upstream” layihələrinin həyata keçirilməsini, habelə neft-qaz sektorunda texniki xidmətlər, avadanlıq və texnologiyaların təchizatı, mühəndislik, əməliyyat və texniki dəstək sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
3 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 44 d. əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
12 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 15 saat əvvəl
-
15 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Çin nəhəngi Azərbaycana gəlir
Nyu-Yorkun mərkəzində iri bankın vitse-prezidenti öldürülüb
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı





























