Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
“KollektA” ASC-nin ilk dəfə istiqraz bazarına çıxaraq 5 milyon manat cəlb etməyə hazırlaşır: 16% illik gəlirlilik, 18 aylıq müddət və aylıq kupon ödənişi“KollektA” ASC kapital bazarından 5 milyon manat cəlb etmək məqsədilə istiqraz emissiyasına hazırlaşır.
Marja.az şirkətin baza emissiya prospektinə istinadən xəbər verir ki, “KollektA” hər birinin nominal dəyəri 100 manat olan 50 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxmağı planlaşdırır. İstiqrazlar bir il ərzində tranşlarla yerləşdiriləcək, hər tranşın həcmi isə yekun şərtlərdə müəyyən olunacaq.
Emissiyanın ümumi nominal məbləği 5 milyon manatdır. Şirkət indiyədək istiqraz emissiyası həyata keçirməyib.
Gəlirlilik 16%, faizlər hər ay ödəniləcək
İstiqrazların illik faiz dərəcəsi 16%, tədavül müddəti isə 18 ay müəyyən edilib. Kupon ödənişləri hər ay həyata keçiriləcək. Emissiya prospektinə görə, nominal dəyəri 100 manat olan bir istiqraz üzrə bir aylıq faiz ödənişi 1,33 manat təşkil edir. İstiqrazların əsas məbləği isə tədavül müddətinin sonunda geri ödəniləcək.
İstiqrazlar təmin edilməmiş formada buraxılır və şirkətin tədavül müddəti ərzində onları geri satın almaq öhdəliyi və ya hüququ nəzərdə tutulmayıb.
İstiqrazların həm fiziki, həm də hüquqi şəxslər tərəfindən alınması mümkün olacaq.
5 milyon manat hara xərclənəcək?
“KollektA” istiqrazlardan cəlb edəcəyi vəsaiti əsas biznesinin genişləndirilməsinə yönəltməyi planlaşdırır. Şirkət vəsait hesabına yeni problemli kredit portfelləri almağı, borcların yığılması fəaliyyətini genişləndirməyi, bazar mövqeyini gücləndirməyi, həmçinin yüksək gəlirli portfel investisiyalarına və layihələrə yatırım etməyi nəzərdə tutur.
İstiqrazlar kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdiriləcək. Anderrayter “Troni İnvestisiya Şirkəti” QSC olacaq.
“KollektA” 2025-ci ildə 2,9 milyon manat xalis mənfəət əldə edib
Şirkətin 2025-ci il üzrə audit edilmiş maliyyə göstəricilərinə əsasən, “KollektA”nın cəmi gəlirləri 7 milyon 698 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 962 min manat olub.
Vergidən əvvəlki mənfəət 3 milyon 689 min manat, ilin xalis mənfəəti isə 2 milyon 907 min 819 manat təşkil edib.
31 dekabr 2025-ci il tarixinə şirkətin:
aktivləri – 9 milyon 659,8 min manat;
öhdəlikləri – 6 milyon 743,5 min manat;
kapitalı – 2 milyon 916,3 min manat;
problemli kredit portfeli – 4 milyon 836,4 min manat;
pul vəsaitləri – 1 milyon 60,4 min manat olub.
5 milyon manatlıq emissiya şirkətin ölçüsü ilə müqayisədə böyükdür
Planlaşdırılan 5 milyon manatlıq istiqraz emissiyası “KollektA”nın 2025-ci ilin sonuna olan 2,92 milyon manatlıq cəmi kapitalından təxminən 71% çoxdur. Emissiyanın həcmi şirkətin aktivlərinin təxminən 52%-nə bərabərdir.
Bu səbəbdən istiqraz emissiyası şirkətin maliyyələşmə strukturunda əhəmiyyətli dəyişiklik yarada bilər. Digər tərəfdən, vəsaitlərin problemli kredit portfellərinin alınmasına yönəldilməsi “KollektA”nın əsas gəlir gətirən aktivlərinin sürətlə böyüdülməsinə hesablanıb.
2025-ci ildə şirkət 5,13 milyon manat dəyərində yeni problemli kredit portfeli alıb və həmin il borcların yığılmasından 7,38 milyon manat pul vəsaiti daxil olub.
Şirkətin maliyyələşməsində borc vəsaitləri artıq mühüm yer tutur. 2025-ci ildə “KollektA” “AllAllFinance” ASC-dən 3 milyon 360,7 min manat faizsiz borc, “Bank Avrasiya” ASC-dən isə 348 min manat kredit cəlb edib.
Bununla yanaşı, şirkət nizamnamə kapitalını hazırkı 4 min 100 manatdan 209 min 100 manata çatdırmağı da planlaşdırır.
"KollektA" ASC Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Cəmiyyətin əsas fəaliyyət istiqamətinə tələb hüququnun satın alınması yolu ilə problemli debitor borcların (kredit portfellərinin) əldə edilməsi, həmin borclar üzrə yığım prosesinin həyata keçirilməsi, eləcə də üçüncü tərəflərə (maliyyə-kredit təşkilatlarına və s.) borcların yığılması üzrə peşəkar xidmətlərin göstərilməsi daxildir
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
1 gün sonra
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
-
22 d. əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
6 saat əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
6 saat əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 6 saat əvvəl
-
7 saat əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
8 saat əvvəl
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Ən çox oxunanlar
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®

























