Qlobal investorlar və regionun aparıcı startapları “Baku ID 2026”da bir araya gələcək ®
Startaplar qlobal investorlarla Bakıda görüşəcək. Belə ki, Qlobal investorlar Bakıya gəlir – “Baku ID 2026” keçiriləcək. “Baku ID 2026” 17–18 sentyabrda keçiriləcək. “Baku ID 2026” ilk dəfə “SABAH.city”də keçiriləcək Bakıda böyük startap və investor görüşü – “Baku ID 2026”Regionun texnologiya və innovasiya ekosisteminin maraqla gözlənilən tədbirlərindən biri olan “Baku ID” bu il yenidən investorları, startapları və ekosistemin aparıcı nümayəndələrini bir araya gətirəcək. SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, dövlət qurumlarının və özəl sektor tərəfdaşlarının dəstəyi ilə keçiriləcək “Baku ID 2026” innovasiya festivalı 17-18 sentyabr tarixlərində baş tutacaq.
Festival bu il ilk dəfə Azərbaycanın gələcək texnoloji inkişaf mərkəzlərindən biri olan “SABAH.city” innovasiya şəhərciyində keçiriləcək. Sənaye, elm, kapital və dövlət sektorlarını vahid mühitdə birləşdirən “SABAH.city” ölkənin innovasiya potensialının inkişafına xidmət edən müasir ekosistem kimi formalaşdırılır.
İki günlük festivalın proqramına əsas səhnə çıxışları, panel müzakirələri, startap təqdimatları və şəbəkələşmə sessiyaları daxil olacaq. Süni intellekt, vençur kapitalı, mələk investisiyaları, eləcə də maliyyə, səhiyyə, təhsil, yaşıl və əmlak texnologiyaları istiqamətləri üzrə keçiriləcək müzakirələrdə texnologiya və biznesin gələcəyini müəyyənləşdirən əsas tendensiyalar nəzərdən keçiriləcək.
Festival çərçivəsində yerli və beynəlxalq startaplar öz həllərini Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Yaxın Şərq və Şimali Afrika regionu və digər beynəlxalq bazarları təmsil edən investorlar qarşısında təqdim edəcək. Tədbirdə “MOST Ventures”, “White Hill Capital”, “Activat VC”, “IT Park Ventures”, “APY Ventures”, “Plus VC”, “MEVP”, “Startup Wise Guys” və digər aparıcı vençur kapital fondlarının nümayəndələri iştirak edəcək. Bu təqdimatlar startaplara potensial investor və tərəfdaşlarla birbaşa əlaqə qurmaq, investisiya imkanlarını müzakirə etmək və yeni bazarlara çıxış perspektivlərini dəyərləndirmək imkanı yaradacaq.
Beşinci dəfə keçiriləcək “Baku ID” indiyədək 13 500-dən çox iştirakçını, 375 startapı və 140 tərəfdaşı bir araya gətirib. Festival çərçivəsində startaplara 5,5 milyon ABŞ dollarından çox birbaşa investisiyanın cəlb olunmasına töhfə verilib.
“Baku ID 2026”nın strateji tərəfdaşları sırasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “PAŞA Holding”, SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) yer alır. Festivalın əsas tərəfdaşları sırasına isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və açıq hava reklamı sahəsində fəaliyyət göstərən “TIMES” şirkəti daxildir.
Festival günlərində “SABAH.city”ə gediş-gəlişi asanlaşdırmaq üçün ödənişsiz servis avtobusları təşkil olunacaq. Həmçinin, “Bolt for Business” ilə dəstəkləyici tərəfdaşlıq çərçivəsində festival məkanına gediş və geri dönüş səfərlərinə 30 faiz endirim tətbiq ediləcək.
Biletlər və festival haqqında ətraflı məlumat bakuid.com saytında təqdim olunur.
Müştərilərin xəbərləri
CFI Financial İnvestisiya Şirkəti 400-dən çox iştirakçının qatıldığı seminarla maliyyə biliklərinin artırılmasına sadiqliyini gücləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 12 d. əvvəl
-
- 21 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanda dağ-mədən və metallurgiya üzrə yeni Dövlət Proqramı: 5 mindən çox iş yeri yaradılacaq
-
43 d. əvvəl
İlham Əliyevin sədrliyi müşavirə keçirilib - Dağ-mədən və metallurgiya sənayesi müzakirə edilib
-
1 saat əvvəl
“Abşeron Logistika” 2025-ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzilin mərtəbəsi qiymətə ciddi təsir edir – son mərtəbə 16% ucuzdur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
İlham Əliyevin sədrliyi müşavirə keçirilib - Dağ-mədən və metallurgiya sənayesi müzakirə edilib
Sentyabrın 23-də gözlənilən hava şəraiti
Hündür binalardakı mənzillər 36%-dək baha satılır
Ən çox oxunanlar
Azərbaycanda ən çox 2 otaqlı mənzillər alınır
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi ®
Bakının ən bahalı və ən ucuz rayonları məlum oldu
Bakıda mənzillər ölkə üzrə göstəricidən daha sürətlə bahalaşıb
Azərbaycanın təkrar mənzil bazarında 5,4 milyard manatlıq alqı-satqı


























