Azərbaycanda dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Azərbaycanda pul bazasının həcmi 2026-cı ilin avqust ayında artıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, 31 avqust 2026-cı il tarixinə pul bazasının həcmi 24 milyard 238,8 milyon manat təşkil edib. 31 iyul 2026-cı il tarixində bu göstərici 23 milyard 942,6 milyon manat idi. Beləliklə, bir ay ərzində pul bazası 296,2 milyon manat və ya 1,2% artıb.
Bir ildə 14,8% artım
2025-ci ilin avqust ayının sonunda Azərbaycanda pul bazasının həcmi 21 milyard 121,8 milyon manat təşkil etmişdi. Son bir ildə pul bazası 3 milyard 117 milyon manat və ya 14,8% artıb.
2025-ci ilin sonunda isə pul bazası 22 milyard 470,2 milyon manat səviyyəsində idi. Bununla müqayisədə 2026-cı ilin ilk 8 ayında göstərici 1 milyard 768,6 milyon manat və ya 7,9% yüksəlib.
Qeyd edək ki, 2026-cı ilin indiyədək ən yüksək göstəricisi iyunun sonunda — 24 milyard 381,2 milyon manat səviyyəsində qeydə alınıb.
Pul bazası - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
13 saat əvvəl
Tramp Nyu-Yorkda Iran Prezidenti ilə görüşə hazır olduğunu bildirib
-
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp Nyu-Yorkda Iran Prezidenti ilə görüşə hazır olduğunu bildirib
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Porsche-də 4 mindən çox işçinin ixtisarı planlaşdırılır
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?




















