Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR

AzVak-mobil_resmin_ustu_31
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə 41 növ bitki və bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür.

Buraya tarla və texniki bitkilər, bostan bitkiləri və tərəvəzlər, eləcə də meyvə bağları aiddir. Aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısında günəbaxan da var.

Reklam_3_11

Günəbaxan – yerli bitki yağları sənayesinin əsas xammal mənbələrindən biri olmaqla, yüksək maya dəyəri və iqlim risklərinə həssaslığı ilə seçilir. Qeyd edək ki, Azərbaycanın müxtəlif ərazilərində 13 min hektardan artıq ərazidə günəbaxan bitkisi əkilir.

Əkin sahələrinin böyük hissəsi iqlim risklərinin yüksək olduğu Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ regionlarındadır. Bu da həmin sahədə fəaliyyət göstərən fermerlər üçün əhəmiyyətli maliyyə riski yaradır. Bu risklərin sığorta ilə qorunması həm yerli istehsalın davamlılığını, həm də idxaldan asılılığın azaldılmasını dəstəkləyir.

Aqrar Subsidiya Şurasının qərarı ilə günəbaxan bitkisi sığorta tələbi olan bitkilər sırasına əlavə edilib. Bu o deməkdir ki, sahəsi 7 hektardan artıq olan günəbaxan sahəsi üzrə əkin subsidiyası alınması üçün həmin əkin sahəsi sığortalanmalıdır.

Aqrar sığorta mexanizmində sığorta haqqının 50%-i dövlət tərəfindən qarşılandığına görə, fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığortalaya bilirlər. Bu qayda günəbaxan bitkisinə də aiddir. Məsələn, 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq fermerə Mərkəzi Aran və Salyan-Şirvan regionlarında cəmi 6,8 manata, Lənkəran-Astara regionunda 7,05 manata, Dağlıq Şirvan regionunda 8,3 manata başa gəlir. Ölkədə iqlim risklərinin ən yüksək olduğu Qarabağ, Gəncə-Daşkəsən və Qazax-Tovuz regionlarında isə 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq üçün fermer cəmi 12,15 manat ödəniş etməlidir.

Bu ödəniş müqabilində aqrar sığorta mexanizmi günəbaxan sahələrini təbiət hadisələrindən – dolu, fırtına, qasırğa, sel-subasma, yanğın, vəhşi heyvan hücumu, üçüncü şəxslərin hərəkətləri və sair hallardan sığortalayır.

Aqrar Sığorta Fondu günəbaxan bitkisinin əkini ilə məşğul olan fermerlərə ödənişlərə başlayıb. Bu günədək günəbaxan əkinlərinə dəymiş zərərlər üzrə 235 min manat ödəniş həyata keçirilib.

Günəbaxan üzrə aqrar sığorta ödənişləri Ağsu, Hacıqabul və Samux rayonlarında həyata keçirilib. Hələlik bu sahələrə əsas zərərlər sel-subasma nəticəsində dəyib.

Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini qarşıdan gələn payızlıq əkinlər dövründə əkinlərini qorumağa və dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

günəbaxan sığortası aqrar sığorta Aqrar Sığorta Fondu günəbaxan sahəsi fermerlər kənd təsərrüfatı əkin sığortası aqrar sığorta haqqı dövlət dəstəyi subsidiya əkin subsidiyası günəbaxan subsidiyası günəbaxan fermerləri 235 min manat sığorta ödənişi 6 8 manat sığorta 12 15 manat sığorta günəbaxan məhsulu sel-subasma dolu fırtına qasırğa yanğın kənd təsərrüfatı sığortası fermer sığortası Aqrar Subsidiya Şurası 7 hektar günəbaxan Ağsu Hacıqabul Samux Gəncə-Daşkəsən Qazax-Tovuz Qarabağ Mərkəzi Aran Salyan-Şirvan
18.09.2026 19:51
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19