"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
"PAŞA Bank" sektordakı konsolidasiyaya münasibət bildirib: "Bundan da müştərilər faydalanacaq.""PAŞA Bank" ASC son vaxtlar sektorda baş verən konsolidasiyanı bazarda daha güclü rəqiblərin olması baxımından dəstəkləyir.
XBunu Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev I yarımilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Xatırladaq ki, bu günlərdə "Bank Respublika" ASC-nin "Access Bank" QSC-ni alacağı məlum olub. Bundan əvvəl isə "Bank BTB"nin ASC aktiv və öhdəliklərini "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ötürərək bank olmayan kredit təşkilatına çevrilib.
"Bankların birləşməsini çox müsbət qiymətləndiririk. Böyük və güclü bankların formalaşması rəqabətin artması deməkdir. Bundan da müştərilər faydalanacaq. Bundan sonra da konsolidasiya olacaqsa, ancaq və ancaq şad olarıq", - deyə o qeyd edib.
"PAŞA Bank" rəsmisi onu da deyib ki, təmsil etdiyi maliyyə qurumunun hər hansı yerli və yaxud xarici bankı almaqla bağlı planı yoxdur: "Bizim Türkiyə və Gürcüstanda törəmələrimiz fəaliyyət göstərir. Hələlik bu üç ölkə arasında ticarətin maliyyələşdirilməsinə fokuslanmışıq".
Bundan başqa, B.Nağıyev deyib ki, Bank yeni səhmlər buraxmağı da planlaşdırmır.
© "Report"
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?
-
4 saat əvvəl
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“KollektA” investorları 16% gəlirlə cəlb etdi - 53 investor 2 milyon manat yatırdı
-
5 saat əvvəl
Sumqayıtda yeni mənzillər satışda çıxdı: Qiymətlər və şərtlər - ƏTRAFLI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank 32-ci filialını Bakıxanovda açdı
Ən çox oxunanlar
15% gəlir, hər 3 aydan bir ödəniş – “FINCA Azerbaijan”ın yeni istiqrazları üzrə hərrac tarixi elan edildi
“Sizin Lombard” ödənişləri “M10”-da ®
Azərbaycan bankı Naxçıvanda günəş stansiyasını maliyyələşdirir - 8 milyon manata yaxın kredit ayırıb


























