Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Bank” yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb

AzVak-mobil_resmin_ustu_31
“PAŞA Bank” yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

PAŞA Bank 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrini mətbuat konfransında açıqlayıb. Bu, Bankın Azərbaycanda özəl bank sektorunda ilk IPO-nu uğurla başa çatdırmasından sonra keçirdiyi ilk mətbuat konfransı olub.

18 sentyabr 2026-cı il tarixində keçirilən tədbirdə spiker qismində PAŞA Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev, İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov və Marketinq departamentinin direktoru Günel Mavliyarova çıxış ediblər.

Mətbuat konfransında Bankın 2026-cı ilin ilk yarısı üzrə maliyyə və biznes nəticələri, müştəri mərkəzli yanaşması, strateji inkişaf prioritetləri, korporativ sosial məsuliyyət və istedadların idarə olunması istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib.

Qeyd edilib ki, PAŞA Bank 2026-cı ilin ilk yarısında əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib. Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1.4% artaraq 9,98 mlrd AZN-ə, kredit portfeli 5.0% artaraq 4,08 mlrd AZN-ə çatıb. Depozit portfeli 2.0% azalaraq 7,75 mlrd AZN təşkil edib. Kapital 4.7% artaraq 1,01 mlrd AZN-ə yüksəlib. Eyni zamanda ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 10.2% artaraq 301,8 mln AZN, əməliyyat gəlirləri 1.6% artaraq 225 mln AZN, xalis gəlir isə 0.6% artaraq 96,5 mln AZN olub.

Bankın “yaşıl” kredit portfeli 36,8 mln AZN təşkil edib və bunun 64,1%-i yaşıl nəqliyyat layihələrinə yönəldilib.

Hesabat dövrünün mühüm hadisələrindən biri PAŞA Bankın IPO prosesinin uğurla başa çatması olub. Azərbaycanda özəl bank sektorunda ilk dəfə həyata keçirilən IPO üzrə abunəlik səviyyəsi 129% təşkil edib. Ümumi abunəlik məbləği 66,3 mln AZN, yerləşdirmə məbləği isə 51,3 mln AZN olub. IPO-da 17,960 unikal investor iştirak edib.

Maliyyə nəticələri ilə tanış olmaq üçün Bankın rəsmi internet səhifəsində Maliyyə Hesabatları bölməsinə keçid edə bilərsiniz. Əksi göstərilmədikcə, nəticələr kənar auditorlar tərəfindən təhlil edilmiş və konsolidasiya olunmuş maliyyə hesabatlarına əsaslanır.

PAŞA Bank PAŞA Bank maliyyə nəticələri PAŞA Bank 2026 PAŞA Bank IPO PAŞA Bank səhmləri IPO Azərbaycan bank IPO-su 17 960 investor 51 3 milyon manat 66 3 milyon manat 129 faiz abunəlik PAŞA Bank aktivləri 9 98 milyard manat kredit portfeli 4 08 milyard manat depozit portfeli 7 75 milyard manat bank kapitalı 1 01 milyard manat faiz gəlirləri 301 8 milyon manat əməliyyat gəlirləri xalis gəlir 96 5 milyon manat yaşıl kreditlər yaşıl nəqliyyat Azərbaycan bank sektoru
18.09.2026 15:12
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19