Dövlət istiqrazlarına güclü tələb: 200 milyonluq buraxılışa 393,5 milyon manat sifariş
Maliyyə Nazirliyinin istiqrazlarına 393,5 milyon manatlıq tələb olub8 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1080 gün tədavül müddətli kuponlu dövlət istiqrazlarının hərracı keçirilib.
Hərrac zamanı investorlar tərəfindən ümumi nominal məbləği 393 milyon 523,9 min manat olan 47 sifariş təqdim edilib. Beləliklə, sifarişlərin həcmi 200 milyon manatlıq buraxılış həcmindən təxminən 2 dəfə çox olub.
Hərracın nəticələrinə əsasən, istiqrazlar üzrə reallaşdırılmış həcm 119 milyon 408,9 min manat təşkil edib. Hərracda 21 investor iştirak edib.
İstiqrazların nominal dəyəri 100 manat, illik kupon faiz dərəcəsi isə 7% müəyyən edilib.
Kəsmə qiyməti 99,3366 manat, buna uyğun gəlirlilik 7,2500%, ortaçəkili qiymət isə 99,4475 manat, orta gəlirlilik 7,2080% təşkil edib.
Hərracda istiqrazlar üzrə minimal qiymət 95,3429 manat və ya 8,7999% gəlirliliklə, maksimal qiymət isə 100 manat və ya 7% gəlirliliklə təqdim olunub.
İstiqrazların ödəniş tarixi 8 sentyabr 2029-cu ildir.
Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla
-
8 saat əvvəl
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
Moskva istiqamətində uçuşlarda məhdudiyyət – AZAL-dan təcili açıqla
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
Ən çox oxunanlar
Dolların rəsmi məzənnəsi 1,70 manat səviyyəsində qalır
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx
Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb























