PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu ®
"PAŞA Real Estate" şirkəti 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın rəsmi tərəfdaşı (Event Supporter) statusunu əldə etdiyini məmnuniyyətlə elan edir.
Dünyanın ən nüfuzlu idman yarışlarından biri olan Formula 1 çoxsaylı turistləri, media nümayəndələrini, aparıcı iş adamlarını və avtoidman həvəskarlarını bir araya gətirərək qlobal diqqəti Azərbaycana yönəldir. Azərbaycanın müasir inkişafını, zəngin mədəniyyətini, qonaqpərvərliyini və beynəlxalq cəlbediciliyini nümayiş etdirmək üçün güclü platforma rolunu oynayan bu mötəbər tədbirə dəstək olmaq "PAŞA Real Estate" üçün xüsusi əhəmiyyət kəsb edir.
Dünya səviyyəli premium yaşayış komplekslərinin və şəhərin simvoluna çevrilən layihələrin beynəlxalq developeri, eləcə də Azərbaycanın aparıcı otellərinin idarəçisi qismində "PAŞA Real Estate" Formula 1 qonaqlarını Bakıda qarşılamaqdan və onların paytaxtla tanışlıq təcrübəsinə öz töhfəsini verməkdən məmnunluq duyur.
Məşhur "Baku City Circuit" şəhər treki paytaxtın mərkəzindən keçərək sürət yarışının həyəcanını tarixi memarlıq və müasir şəhər mənzərələri ilə, o cümlədən "PAŞA Real Estate"in portfelinə daxil olan əsas layihələri ilə birləşdirir.
Tərəfdaşlıq çərçivəsində trekin Azneft meydanında yerləşən əsas tamaşaçı zonalarından biri rəsmi olaraq "PASHA Real Estate Grandstand" adlandırılacaq. Yarış zolağının ən maraqlı və dinamik nöqtələrindən birində quraşdırılan tribuna qonaqlara Bakının mərkəzində unudulmaz Formula 1 həyəcanı bəxş edəcək.
Bundan əlavə, tribunanın qonaqları xüsusi QR-kodlar vasitəsilə "PAŞA Real Estate"in layihələr portfeli ilə yaxından tanış ola və sırf Formula 1 tamaşaçıları üçün hazırlanmış eksklüziv təkliflərdən faydalana biləcəklər.
"PAŞA Real Estate Qrup"un Baş İcraçı Direktoru Özgür Geter qeyd edib:
"Formula 1 Azərbaycan Gran-prisi müasir Bakının dinamik, iddialı və dünyaya açıq simasını təcəssüm etdirir. Bu dəyərlər "PAŞA Real Estate"in fəlsəfəsi və şəhərin inkişafına, eləcə də onun beynəlxalq nüfuzunun artmasına xidmət edən unikal məkanlar yaratmaq baxışımızla tam uzlaşır.
Qlobal əhəmiyyətli belə bir tədbirə dəstək verməkdən, xarici qonaqları salamlayaraq onlara Bakını, layihələrimizi və bu ecazkar şəhərin təkrarolunmaz enerjisini kəşf etmək imkanı yaratmaqdan səmimi məmnunluq duyuruq".
Bu tərəfdaşlıq "PAŞA Real Estate"in Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirən, ölkənin turizm və biznes mühitinə töhfə verən, həmçinin yerli sakinlər və paytaxtın qonaqları üçün yaddaqalan təcrübələr bəxş edən layihələri dəstəkləmək əzmini bir daha təsdiqləyir.
"PAŞA Real Estate Qrup" haqqında
"PAŞA Holding"in tərkib hissəsi olan "PAŞA Real Estate Qrup" daşınmaz əmlak sahəsində investisiya, tikinti, developer fəaliyyəti, aktivlərin idarə olunması və istismarı istiqamətlərində ixtisaslaşmışdır. Şirkətin portfelinə lüks hotellər, yüksək səviyyəli kurortlar, premium yaşayış binaları, ticarət mərkəzləri və çoxfunksiyalı komplekslər daxildir. Azərbaycan, Gürcüstan, Türkiyə, Monteneqro, Özbəkistan və ABŞ kimi ölkələrdə fəaliyyət göstərən qrup, etibarlılıq, keyfiyyət və müştəriyönümlülük prinsiplərinə əsaslanaraq beynəlxalq miqyasda aktivlərinin dəyərini davamlı artırmağı və öz sahəsində standartları yüksəltməyi hədəfləyir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
17 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
17 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
17 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
17 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 17 saat əvvəl
-
18 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
18 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















