Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
Naxçıvanın yeraltı sərvətləri üçün yeni saziş imzalandı. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nəhəng holdinqinin törəməsi Azərbaycanda mədən layihəsinə qoşulur.Marja xəbər verir ki, Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması mərasimi keçirilib.
Mərasim çərçivəsində Azərbaycan və BƏƏ arasında bərpaolunan enerji, investisiya, rəqəmsal infrastruktur və süni intellekt, qaz və digər sahələrdə əməkdaşlığı əhatə edən bir sıra sənədlər imzalanıb.
İmzalanan sənədlər sırasında “AzerGold” QSC ilə “Terra Mining Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş” də yer alıb.
Sözügedən sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və "International Resources Holding"in (IRH) Baş icraçı direktoru direktoru Əli Rəşid Əl-Rəşdi imzalayıblar. Qeyd edək ki, “Terra Mining Ltd” şirkəti IRH-in törəmə şirkətidir.
Müştərilərin xəbərləri
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 d. əvvəl
- 36 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda nəhəng Data Mərkəzi layihəsi – BƏƏ şirkəti ilə memorandum imzalandı
-
1 saat əvvəl
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
-
2 saat əvvəl
Çində pərakəndə satış proqnozdan zəif artıb, investisiyalarda geriləmə dərinləşib
-
14 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
15 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
15 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
15 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
-
16 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri saziş və sənədlər imzaladılar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin qiyməti 127 dolları keçib
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
Rəsmi məzənnələr açıqlandı
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Ən çox oxunanlar
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























