Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb

Xarici ticarətdə iştirak edənlərin sayı 16,5 min və ya 30% azalıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin ilk 8 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarında 37 min 474 iştirakçı qeydə alınıb. Onların 27 min 354-ü fiziki, 10 min 120-si hüquqi şəxs olub. Hüquqi şəxslərin 145-i dövlət, 9 min 975-i özəl sektorun payına düşüb. Bir il əvvəl xarici ticarət iştirakçılarının sayı 54 min 13 idi. Bunun 43 min 965-i fiziki, 10 min 48-i hüquqi şəxs idi.

Marja.az Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illər üzrə aylıq ixrac və idxal statistikasının müqayisəsi əsasında müəyyən edib ki, ümumi iştirakçı sayı 30,6%, fiziki şəxslərin sayı isə 37,8% azalıb. Hüquqi şəxslərin sayı əksinə, 0,7% artıb.

Reklam_3_11

Bu mənzərə xarici ticarət dövriyyəsinin 3,5% böyüdüyü bir şəraitdə əməliyyatların daha az sayda iştirakçı üzərində cəmləşdiyini göstərir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

İdxalın 83%-i artıq özəl sektorun payına düşür

2026-cı ilin ilk 8 ayında özəl sektorun idxalı 9 milyard 434,5 milyon dollar olub və ümumi idxalın 82,59%-ni təşkil edib. Dövlət sektorunun idxalı isə 998,6 milyon dollara düşərək 8,74% paya sahib olub. 2025-ci ilin eyni dövründə dövlət sektorunun idxalı 4 milyard 967,9 milyon dollar, özəl sektorun idxalı isə 8 milyard 691 milyon dollar idi. Dövlət sektorunun payı 33%, özəl sektorun payı 57,74% təşkil edirdi.

Beləliklə, dövlət sektorunun idxalı 79,9% azalıb, özəl sektorun idxalı isə ümumi idxalın azalmasına baxmayaraq 8,6% artıb.

Bu dəyişiklik ümumi idxaldakı 3,63 milyard dollarlıq azalmanın mühüm hissəsinin dövlət sektoru ilə bağlı olduğunu göstərir.

xarici ticarət iştirakçıları fiziki şəxslər hüquqi şəxslər sahibkarlar idxalçı ixracatçı özəl sektor dövlət sektoru idxal Azərbaycan idxalı xarici ticarət.
16.09.2026 07:55
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19