Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

“AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib.

Reklam_3_11

Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil naziri Emin Əmrullayev, AZCON Holding-in icraçı direktoru Şahin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, Münhen Texniki Universitetinin (TUM) vitse-prezidenti Dr. Alex Braun, “TUM” professoru və AZSET proqramının akademik rəhbəri Hussam Amrouch və digər qonaqlar iştirak ediblər.

Səmimi ünsiyyət şəraitində keçən görüş zamanı AZSET-in tələbələri yeni təhsil mərhələsinə başlamaları münasibətilə təbrik olunub, onlara uğurlar arzulanıb. Tələbələrlə proqramın tədris prosesi, akademik mühit və qarşıdakı mərhələlər barədə söhbət aparılıb.

Tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran sualları ünvanlayıblar. Söhbət zamanı müasir mühəndislik və texnologiya sahələrində təhsil, praktiki təcrübə və sənaye ilə əməkdaşlığın əhəmiyyəti barədə danışılıb.

Tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinin, yeni texnologiyaları yaxından öyrənməsinin və gələcək peşəkar inkişaflarına indidən hazırlaşmasının vacibliyi qeyd olunub.

AZSET haqqında

AZCON Mühəndislik və Texnologiya Məktəbi AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, “TUM International GmbH”nın akademik dəstəyi ilə 14 may 2026-cı il tarixində təsis edilib.

AZSET innovativ bakalavr proqramı ali təhsil və sənaye arasında əməkdaşlığın yeni mərhələsini formalaşdıraraq tələbələrin nəzəri biliklərini real iş təcrübəsi ilə birləşdirir. Beynəlxalq akademik standartlara əsaslanan bu model ölkənin gələcək texnoloji ehtiyaclarına cavab verən peşəkar kadrların hazırlanmasına xidmət edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

AZSET AZCON School of Engineering and Technology AZCON Mühəndislik və Texnologiya Məktəbi AZCON Holding Azərbaycan Texniki Universiteti AzTU TUM International GmbH Münhen Texniki Universiteti mühəndislik təhsili texnologiya təhsili bakalavr proqramı innovativ təhsil sənaye və təhsil əməkdaşlığı praktiki təcrübə akademik proqram beynəlxalq təhsil standartları Rəşad Nəbiyev Emin Əmrullayev Şahin Babayev Vilayət Vəliyev Hussam Amrouch texnoloji kadrlar mühəndis hazırlığı
16.09.2026 17:53
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19