“Baku ID” innovasiya ekosisteminin nəbzi SABAH.city-də döyünür
Sentyabrın 17-də sayca beşinci “Baku ID” innovasiya festivalının açılış mərasimi ilk dəfə SABAH.city-də baş tutub. Festival startapları, investorları, texnologiya və biznes liderlərini, dövlət qurumlarının nümayəndələrini və innovasiya ekosisteminin aparıcı simalarını bir araya gətirib.
Festivalın rəsmi açılışını SABAH.HUB-un İdarə Heyətinin üzvü Fərhad Paşayev edib. Daha sonra SABAH.HUB-un baş icraçı direktoru Rəhim Bayramlı qonaqları salamlayaraq festivalın beş il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb. SABAH.city-nin baş icraçı direktoru Nihat Məcidov isə son bir ildə innovasiya şəhərciyində baş verən dəyişiklikləri və növbəti il üçün qarşıya qoyulan hədəfləri təqdim edib.
Açılış proqramının davamında “Dördüncü Sənaye İnqilabı dövründə bacarıqlar üzrə prioritetlərin müəyyənləşdirilməsində dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsi” adlı panel müzakirəsi keçirilib. Paneldə iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və PAŞA Maliyyə Holdinqinin baş icraçı direktoru Fərid Məmmədov iştirak ediblər. Çıxışlarda innovasiyanın inkişafında dövlət və özəl sektorun rolu, əməkdaşlığın gücləndirilməsi və gələcək üçün zəruri bacarıqların müəyyənləşdirilməsi barədə fikirlər səsləndirilib.
Paneldən sonra “Milli Proqram” çərçivəsində 12 nominasiya üzrə fərqlənən iştirakçılara üstün nailiyyət sertifikatları və hədiyyələr təqdim edilib. Təltifetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və PAŞA Maliyyə Holdinqinin baş icraçı direktoru Fərid Məmmədov iştirak ediblər.
Festivalın ilk günü süni intellekt, vençur kapitalı, startapların maliyyələşdirilməsi, təhsil və səhiyyə texnologiyaları mövzularında çıxışlar, panel müzakirələri və təqdimatlarla davam edib. Proqramda startapların investor və ekspertlər qarşısında çıxışları, “Startup World Cup” yarışmasının Azərbaycan üzrə regional finalı, 4SİM-in icma görüşü, netvörkinq və digər paralel fəaliyyətlər yer alıb.
“Baku ID 2026” bu gün, sentyabrın 18-də SABAH.city-də davam edəcək. Festivalın ikinci gününün proqramına startap təqdimatları, panel müzakirələri, çıxışlar və investorlarla görüşlər daxildir.
Qeyd edək ki, “Baku ID 2026”nın strateji tərəfdaşları Elm və Təhsil Nazirliyi, PAŞA Holding, SOCAR və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir (4SİM). Festivalın əsas tərəfdaşları isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “TIMES” şirkətidir.
Festival haqqında ətraflı və operativ məlumatı bakuid.com saytından və festivalın rəsmi sosial media hesablarından əldə etmək olar.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
5 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























