970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın metallurgiya ixracı üçün 2 milyard dollarlıq hədəf müəyyən edilib

AzVak-mobil_resmin_ustu_31
Azərbaycanın metallurgiya ixracı üçün 2 milyard dollarlıq hədəf müəyyən edilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialının 2030-cu ilədək təxminən 2 milyard ABŞ dollarına çatdırılması hədəflənir.

Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Hesablama 2025-ci ilin orta dünya qiymətləri əsasında aparılıb. Dövlət Proqramında eyni zamanda yeni hasilat, emal və metallurgiya müəssisələrinin yaradılması hesabına sektorda formalaşan əlavə dəyərin 2 dəfədən çox artırılması hədəfi müəyyən edilib.

Yeni istehsal gücləri sırasında Daşkəsən dəmir filizi layihəsi üzrə Zənginləşdirmə, Pellet və İsti Briketlənmiş Dəmir zavodları, “Baku Steel Company”nin yeni yayma zavodu, “Azəralüminium”un Gəncədə elektroliz zavodu, kalsinasiya və anodbişirmə zavodu, həmçinin Söyüdlü yatağında flotasiya zavodu göstərilir.

Proqramın yanaşması mineral xammalın yalnız hasil və ixrac edilməsinə deyil, filizdən son məhsuladək daha uzun istehsal zəncirinin ölkə daxilində qurulmasına əsaslanır. Məqsəd yüksək əlavə dəyərli məhsulların payını və qeyri-neft ixracını artırmaqdır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

dağ-mədən 2 milyard dollar qeyri-neft ixracı əlavə dəyər Dövlət Proqramı Azərbaycan sənayesi metallurgiya
24.09.2026 09:07
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19