970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İdxalı azalda biləcək 2 milyon tonluq zavod planı

Azərbaycanda 2 milyon tonluq yeni metallurgiya gücü yaradılacaq. İdxalı azalda biləcək 2 milyon tonluq zavod planı. Metallurgiya zavodu üçün 69 km qaz kəməri əsaslı təmir ediləcək. “Qazıməmməd-Qazax” xəttində 69 kilometrlik böyük təmir
AzVak-mobil_resmin_ustu_31
İdxalı azalda biləcək 2 milyon tonluq zavod planı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində İsti Briketlənmiş Dəmir (İBD) istehsalı üçün iri zavodun yaradılması planlaşdırılır.

Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Dövlət Proqramının yekun hədəfinə əsasən, müəssisə istismara verildikdən sonra illik 2 milyon ton İBD istehsal gücü yaradılmalıdır.

İBD polad istehsalında xammal kimi istifadə olunur. Proqramda istehsal edilən İBD-nin müəyyən hissəsinin mərhələli şəkildə yerli metallurgiya müəssisələrinə yönəldilməsi nəzərdə tutulur.

Bu yanaşma ölkədə hazırda idxal olunan pəstah və digər xammaldan asılılığın azaldılması istiqamətində əsas layihələrdən biri kimi nəzərdə tutulub.

İBD zavodu üçün magistral qaz kəmərinin 69 kilometrlik hissəsi əsaslı təmir ediləcək

Azərbaycanda yaradılması planlaşdırılan İBD zavodunun fasiləsiz təbii qazla təmin edilməsi üçün “Qazıməmməd-Qazax” magistral qaz kəmərində iri təmir layihəsi həyata keçiriləcək.

Dövlət Proqramının Tədbirlər Planına əsasən, magistral qaz kəmərinin I xəttinin 69 kilometrlik hissəsi əsaslı təmir olunacaq. Layihənin icra müddəti 2027–2028-ci illər müəyyən edilib.

Əsas icraçı SOCAR olacaq. Azərbaycan İnvestisiya Holdinqi və İqtisadiyyat Nazirliyi digər icraçılar sırasında göstərilib.

Layihənin yekun məqsədi İBD müəssisəsinin yüksək həcmli, etibarlı və fasiləsiz qaz təchizatını təmin etməkdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

İBD isti briketlənmiş dəmir 2 milyon ton Daşkəsən metallurgiya polad SOCAR Qazıməmməd-Qazax İBD zavodu təbii qaz 69 kilometr metallurgiya
24.09.2026 10:32
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19