Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“KollektA”nın səhmlərinə 3 investor pul yatırdı

“KollektA” ASC-nin səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi başa çatıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
“KollektA”nın səhmlərinə 3 investor pul yatırdı
iç səhifə xəbər şəkil altı (mobil)_32

“KollektA” ASC-nin səhmlərinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi yekunlaşıb.

Marja xəbər verir ki, BFB-nin məlumatına görə, 10 sentyabr 2026-cı il tarixində Birjanın Listinq Komitəsinin qərarı ilə “KollektA” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Reklam_3_11

Şirkətin səhmlərinə abunə yazılışı 14 sentyabr 2026-cı ildə başlayıb və 18 sentyabrda, 5 iş günü ərzində yekunlaşıb. Qiymətli kağızların yerləşdirilməsi isə 21 sentyabrda başlayaraq 25 sentyabr 2026-cı il tarixində başa çatıb.

Yerləşdirmə çərçivəsində hər birinin ilkin ticarət qiyməti 410 manat olan 500 ədəd sənədsiz adlı adi səhm təklif edilib.

Səhmlərin buraxılış həcmi 205 min manat təşkil edib. Hərrac qiyməti də 410 manat olub və yerləşdirmə zamanı bütün buraxılış həcmi – 205 min manat realizə edilib.

Sifarişlərin nominal qiymətlə ümumi həcmi də 205 min manat olub.

Yerləşdirmədə 3 investor iştirak edib və ümumilikdə 3 sifariş təqdim olunub.

Beləliklə, “KollektA” ASC-nin təklif etdiyi 500 səhmin hamısı yerləşdirilib.

Səhmlərin dövlət qeydiyyat nömrəsi – ISIN AZ1001028674-dür. Ticarət üsulu kütləvi təklif və abunə yazılışı formasında həyata keçirilib.

Yerləşdirmə üzrə anderrayter “Troni İ.Ş.” QSC olub.

Qeyd edək ki, səhmlərin ticarət nəticələri Bakı Fond Birjasının müvafiq qaydalarına əsasən Standart Bazar Listinq seqmentinə daxil edilir.

KollektA Bakı Fond Birjası BFB səhmlər səhm yerləşdirilməsi qiymətli kağızlar 205 min manat 500 səhm 410 manat investor Standart Bazar Listinqi abunə yazılışı ilkin ticarət qiyməti hərrac qiyməti Troni İ.Ş. kapital bazarı Azərbaycan fond bazarı
25.09.2026 16:48
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19