Azərbaycan enerji sektorunda böyük razılaşmalar: SOCAR 8 qlobal şirkətlə sənədlər mübadilə etdi
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib. SOCAR-dan nəhəng enerji həmləsi: “TotalEnergies”, “ExxonMobil”, “Eni”, “Apollo” və digər qlobal şirkətlərlə sazişlər. “Abşeron” üzrə yekun investisiya qərarı verildi – SOCAR, XRG və “TotalEnergies”dən mühüm addımİkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub.
Marja xəbər verir ki, “SOCAR, XRG və “TotalEnergies” şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı”nı SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz və ADNOC/XRG-nin İcra Ofisi Direktorluğunun direktoru Omar Əl-Suveydi mübadilə etdilər.
“SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi”ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Comstock” şirkətinin Baş maliyyə inzibatçısı və vitse-prezidenti Roland Burns mübadilə etdilər.
“SOCAR ilə “Apollo” şirkəti arasında “upstream” işlənmə və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Apollo” şirkətinin idarəedici direktoru Conatan Bar mübadilə etdilər.
“SOCAR ilə “Securing Energy for Europe GmbH” (SEFE) şirkəti arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və SEFE şirkətinin idarəedici direktoru Alexander Demidov mübadilə etdilər.
“SOCAR ilə İtaliyanın “Eni S.p.A.” şirkəti arasında Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının əldə olunması üzrə Əməliyyatın Tamamlanmasına dair Protokol”u SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Eni” şirkətinin Mərkəzi Asiya Bölgəsi üzrə rəhbəri Seger Hoijtink mübadilə etdilər.
“SOCAR və “ExxonMobil” şirkəti arasında Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və "ExxonMobil" korporasiyasının qlobal qeyri-ənənəvi kəşfiyyat üzrə meneceri Kit Simpson mübadilə etdilər.
“SOCAR və “Oracle” şirkəti arasında Oracle Alloy Agreement (və yaxud Əsas Şərtlər Toplusu)”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və ABŞ-nin “Oracle” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə texnologiya mühəndisliyinin baş vitse-prezidenti Ceyson Ris mübadilə etdilər.
“SOCAR ilə VNG arasında Strateji Əməkdaşlığa dair Saziş”i SOCAR-ın prezidenti Rövşən Nəcəf və “VNG AG” şirkətinin idarəedici direktoru Konstantin Herzog von Oldenburg mübadilə etdilər.
“Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Hindistanın “UFlex Group” şirkəti arasında Üçtərəfli Birgə Müəssisə Müqaviləsi”ni Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “UFlex Group” şirkətinin İdarə Heyətinin sədri və Baş direktoru Aşok Çaturvedi mübadilə etdilər.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Group” şirkəti arasında Strateji Tərəfdaşlıq və İnvestisiya Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan üzrə icraçı vitse-prezidenti Nikos Kalaitzidakis mübadilə etdilər.
“Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə “Hong Kong Renteng International Trade Co. Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi”ni Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və “Hong Kong Renteng International Trade Co. Limited” şirkətinin İdarə Heyətinin sədri Yang Xueren mübadilə etdilər.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
5 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
























