970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

8 QVt-lıq böyük plan - Pərviz Şahbazov Azərbaycanın qarşıdakı 10 il üçün enerji prioritetlərini açıqladı

Azərbaycan 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaratmağı planlaşdırır
AzVak-mobil_resmin_ustu_31
8 QVt-lıq böyük plan - Pərviz Şahbazov Azərbaycanın qarşıdakı 10 il üçün enerji prioritetlərini açıqladı
iç səhifə xəbər şəkil altı (mobil)_32

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Enerji infrastrukturu” panelində energetika naziri Pərviz Şahbazov Azərbaycanın qarşıdakı onillik üçün enerji prioritetləri və özəl sektor üçün investisiya imkanları barədə danışıb.

Bildirilib ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, neft-qaz infrastrukturunun inkişafı, bərpa olunan enerjinin genişləndirilməsi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlancı və regional enerji bağlantılarının yaradılması əsas prioritetlərdir. Azərbaycanın etibarlı neft və qaz təchizatçısı kimi rolunu davam etdirməklə yanaşı, yeni neft-qaz yataqlarının işlənməsi, mövcud infrastrukturun modernləşdirilməsi və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Reklam_3_11

2032-ci ilədək təxminən 8 QVt bərpa olunan enerji gücünün yaradılmasının planlaşdırıldığı, həmçinin Xəzər və Mərkəzi Asiyanın enerji potensialını Türkiyə və Avropa bazarları ilə birləşdirəcək yaşıl enerji dəhlizlərinin inkişaf etdirildiyi qeyd olunub.

Nazir bərpa olunan enerji, Xəzərdə külək enerjisi, enerji saxlancı, elektrik şəbəkələri, rəqəmsallaşma, enerji səmərəliliyi və regional enerji dəhlizlərini özəl sektor üçün perspektivli investisiya istiqamətləri kimi göstərib.

“Özəl sektoru yalnız investisiya mənbəyi deyil, yeni texnologiyalar, innovasiya və beynəlxalq təcrübə gətirən uzunmüddətli tərəfdaş kimi görürük. Məqsədimiz müxtəlif enerji mənbələrini və bazarları birləşdirən müasir enerji infrastrukturu qurmaqdır”, – deyə nazir bildirib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Pərviz Şahbazov Energetika Nazirliyi II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu enerji infrastrukturu bərpa olunan enerji 8 QVt yaşıl enerji Xəzər külək enerjisi Cənub Qaz Dəhlizi enerji saxlancı elektrik şəbəkələri rəqəmsallaşma enerji səmərəliliyi yaşıl enerji dəhlizi Türkiyə Avropa Mərkəzi Asiya özəl sektor enerji investisiyaları Azərbaycan enerji strategiyası
26.09.2026 13:27
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19