Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
"Layihənin hələ yalnız 10–15%-i icra olunub". “Sea Breeze” növbəti 7–8 ildə tamamilə dəyişəcək – Emin Ağalarov planları açıqladı. “Sea Breeze” beynəlxalq investorların diqqətində – Layihə ilk 10-luqda göstərilir. “Sea Breeze” beynəlxalq fondların "radarına" düşüb. “Sea Breeze”ə beynəlxalq brendlər gəlir – Təxminən 20 müqavilə artıq imzalanıb."Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil ola bilib.
Bunu "Sea Breeze"nin sahibi və təsisçisi, "Agalarov Development"in prezidenti Emin Ağalarov Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) 2-ci günü çərçivəsində təşkil olunan paneldə bildirib.
Onun sözlərinə görə, indiyədək planlaşdırılan işlərin yalnız 10-15 %-i icra olunub:
"Biz ilkin baş plana yenidən qayıtdıq və təbii ki, onu dəfələrlə yenidən nəzərdən keçirdik. Şəhər rəhbərliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə çox sıx təmasdayıq və böyük dəstək alırıq. Hətta bu forum çərçivəsində də bir çox beynəlxalq investisiya fondları Azərbaycanda sərmayə yatırmaq üçün müxtəlif sahələri nəzərdən keçirirlər. Zənnimcə, "Sea Breeze" baxılmalı və gələcək vəd edən layihələr arasında ilk 10-luqda yer alır".
E. Ağalarov qeyd edib ki, növbəti 7-8 il ərzində layihələndirilən hər şeyi icra etmək planlaşdırılır:
"Biz "Zaha Hadid", "Chapman Taylor", "CallisonRTKL" və bir çox başqa aparıcı memarlarla çalışırıq. Düşünürük ki, bu, avtomobillər əvəzinə qolf karları ilə hərəkət etdiyiniz, yaşıl enerjidən istifadə olunan, təhlükəsiz, yeni, canlı və müasir bir şəhər ola bilər. Dünyada çox az sayda yeni şəhər salınır. Zənnimcə, dünyanın bəzi hissələrində, məsələn, ABŞ və ya Avropada bugünkü parametrlərlə belə bir layihənin reallaşdırılması qeyri-mümkündür. Lakin Azərbaycan kimi bir ölkədə lazımi baş plan əsasında sıfırdan yeni şəhər tikmək və insanların orada rahat yaşaması və ya turist kimi səyahət etməsi tamamilə mümkündür".
O bildirib ki, brendləri cəlb etdikdən sonra digərlərini cəlb etmək daha asan olur:
"Bu, yalnız tikinti sahəsində deyil, eyni zamanda dəb sənayesində də belədir. Biz bu modeli tikinti sahəsinə tətbiq edirik. Düşünürük ki, Azərbaycan brend olunmuş yaşayış komplekslərinə (branded residences) hazırdır və hesab edirik ki, bu gün istənilən brend bizim layihəyə inteqrasiya oluna bilər. İndiyə qədər müxtəlif adlarda təxminən 20 müqavilə imzalamışıq və bu siyahını genişləndirməyə davam edirik".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
2 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 4 saat əvvəl
-
5 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
5 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
5 saat əvvəl
Orta Kür hövzəsiində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
5 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
-
5 saat əvvəl
Azərbaycan qazı üçün yeni Avropa bazarı – Slovakiya ilə danışıqlar davam edir
-
5 saat əvvəl
KPMG Azərbaycanın nəqliyyat sektorundakı layihələrə dair təkliflər təqdim edəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
Orta Kür hövzəsiində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
Ən çox oxunanlar
8 QVt-lıq böyük plan - Pərviz Şahbazov Azərbaycanın qarşıdakı 10 il üçün enerji prioritetlərini açıqladı
PAŞA Bank investisiya forumunda: Xarici və yerli kapitalın birləşməsi yeni imkanlar yaradır





























