Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
Azərbaycanda 20 ildən köhnə 735 mindən çox minik avtomobili var. Yeni avtomobillər sürətlə artır, amma parkın 82%-i hələ də 10 ildən köhnədirAzərbaycanda nəqliyyat vasitələri parkında artım 2025-ci ildə də davam edib. Xüsusilə minik avtomobillərinin sayı bir il ərzində 90 mindən çox artıb.
Marja.az Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin sonunda ölkədə minik avtomobillərinin sayı 1 milyon 676 min 80 ədəd təşkil edib. 2024-cü ildə bu göstərici 1 milyon 585 min 265 ədəd idi. Beləliklə, bir il ərzində minik avtomobillərinin sayı 90 min 815 ədəd və ya 5,7% artıb.
Yeni avtomobillərin sayı sürətlə artıb
Statistikadan görünür ki, 5 ilə qədər yaşı olan minik avtomobillərinin sayı 2024-cü ildəki 101 min 808 ədəddən 2025-ci ildə 161 min 746 ədədə yüksəlib. Bu, bir il ərzində 59 min 938 ədəd və ya 58,9% artım deməkdir.
Bunun əksinə, yaşı 5 ildən 10 ilə qədər olan minik avtomobillərinin sayı 145 min 394 ədəddən 139 min 556 ədədə düşüb. Azalma 5 min 838 ədəd və ya 4% təşkil edib.
Avtomobil parkının böyük hissəsi 10 ildən köhnədir
2025-ci ilin sonunda Azərbaycanda yaşı 10 ildən 20 ilə qədər olan 639 min 400 minik avtomobili olub. 2024-cü ildə onların sayı 636 min 821 ədəd idi. 20 il və daha çox yaşı olan minik avtomobillərinin sayı isə bir il ərzində 701 min 242 ədəddən 735 min 378 ədədə yüksəlib. Beləliklə, 2025-ci ilin sonunda ölkədəki minik avtomobillərinin təxminən 82%-nin yaşı 10 ildən çox olub.
Təkcə 20 il və daha yuxarı yaşı olan avtomobillər ümumi minik avtomobili parkının təxminən 43,9%-ni təşkil edib.
Avtobusların 87,5%-nin yaşı 10 ildən çoxdur
2025-ci ildə Azərbaycanda avtobusların ümumi sayı 33 min 186 ədədə çatıb. Bu göstərici 2024-cü ildə 32 min 107 ədəd təşkil etmişdi. İllik artım 1 min 79 ədəd və ya 3,4% olub.
5 ilə qədər yaşı olan avtobusların sayı 1 min 592 ədəddən 2 min 461 ədədə yüksələrək 54,6% artıb.
Lakin avtobus parkında köhnə nəqliyyat vasitələrinin payı yüksək olaraq qalır.
2025-ci ilin sonunda 10–20 il yaşı olan avtobusların sayı 8 min 776, yaşı 20 il və daha çox olan avtobusların sayı isə 20 min 274 ədəd təşkil edib.
Nəticədə avtobus parkının təxminən 87,5%-nin yaşı 10 ildən çox olub. 20 ildən yuxarı yaşı olan avtobusların payı isə 61%-i keçib.
Yük avtomobillərinin sayı 193 minə yaxınlaşıb
Ölkədə yük avtomobillərinin sayı 2024-cü ildəki 186 min 161 ədəddən 2025-ci ildə 192 min 738 ədədə yüksəlib. Artım 6 min 577 ədəd və ya 3,5% təşkil edib.
5 ilə qədər yaşı olan yük avtomobillərinin sayı 7 min 189 ədəddən 7 min 982 ədədə yüksəlib.
10–20 il yaşı olan yük avtomobillərinin sayı 73 min 32 ədəddən 76 min 544 ədədə, 20 il və daha çox yaşı olanların sayı isə 100 min 634 ədəddən 103 min 225 ədədə çatıb.
2025-ci ildə yük avtomobilləri parkının 93,3%-dən çoxunun yaşı 10 ildən yuxarı olub.
Təkcə 20 il və daha köhnə yük avtomobilləri ümumi parkın 53,6%-ni təşkil edib.
Xüsusi təyinatlı avtomobillərdə 7%-dən çox artım
Xüsusi təyinatlı avtomobillərin sayı 2024-cü ildə 15 min 292 ədəd olduğu halda, 2025-ci ildə 16 min 372 ədədə yüksəlib. Bir il ərzində artım 1 min 80 ədəd və ya 7,1% təşkil edib.
5 ilə qədər yaşı olan xüsusi təyinatlı avtomobillərin sayı 20,1% artaraq 2 min 279 ədədə çatıb.
Yaşı 20 il və daha çox olan xüsusi təyinatlı avtomobillərin sayı isə 5 min 890 ədəddən 6 min 402 ədədə yüksəlib.
2025-ci ilin sonunda xüsusi təyinatlı avtomobillərin təxminən 80,5%-nin yaşı 10 ildən çox olub.
Ümumilikdə statistika göstərir ki, 2025-ci ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı artmaqda davam edib və 5 ilə qədər yaşı olan avtomobillərin sayında nəzərəçarpacaq yüksəliş baş verib. Bununla belə, avtomobil parkının yaş strukturunda köhnə nəqliyyat vasitələrinin yüksək payı qalmaqdadır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
5 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























