Nazirlik “SpaceXAI” ilə razılaşdı – Grok Azərbaycanın dövlət xidmətlərinə gəlir
RİNN və “SpaceXAI” süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. “mygov”dan dövlət qurumlarınadək – Grok üçün geniş tətbiq planıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “SpaceXAI” arasında süni intellekt həlləri və əlaqəli rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Marja xəbər verir ki, ənəd “SpaceXAI”ın Grok modelləri əsasında hazırlanan süni intellekt həllərinin dövlət xidmətlərində və Azərbaycanın rəqəmsal transformasiyasının digər prioritet istiqamətlərində tətbiqi imkanlarını nəzərdə tutur. Əsas məqsəd daha keyfiyyətli, əlçatan və səmərəli dövlət xidmətlərinin formalaşdırılmasıdır.
Memorandum yalnız bir tətbiq sahəsi ilə məhdudlaşmayacaq, bütün dövlət qurumlarını əhatə edəcək. Tərəflər süni intellektdən istifadə imkanlarını birgə qiymətləndirəcək, uğurlu həllərin dövlət sektorunda geniş tətbiqini nəzərdən keçirəcəklər.
Sənədin imzalanması ilə bağlı Bakıda keçirilən mərasimdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, “SpaceXAI”ın nümayəndə heyəti – Hökumətlərlə qlobal əməkdaşlıq və Latın Amerikası regionu üzrə rəhbər Dastin Yelinek, Yaxın Şərq, Şimali Afrika və Türkiyə regionu üzrə qlobal məsələlər və bazar inkişafı rəhbəri Rim Sadek, Hökumətlərlə qlobal əməkdaşlıq bölməsinin bazara çıxış üzrə rəhbəri Nil Perkins iştirak ediblər.
Nazir müavini Rəşad Həsənov bildirib ki, Azərbaycan artıq süni intellektin müzakirəsindən onun tətbiqi mərhələsinə keçib və bu istiqamətdə tərəfdaşlar prosesə verə biləcəkləri töhfəyə əsasən seçilir. “SpaceXAI” qabaqcıl süni intellekt modellərinə və geniş mühəndislik imkanlarına malikdir. İmzalanan Anlaşma Memorandumu həmin imkanların dövlət qurumlarının daxili fəaliyyətindən vətəndaşların “mygov” vasitəsilə xidmətlərə çıxışınadək müxtəlif sahələrdə xidmətlərin təkmilləşdirilməsini, həmçinin belə həllərin milli rəqəmsal infrastrukturumuzda tətbiqini araşdırmaq üçün çərçivə yaradır.
Bilik və təcrübənin formalaşdırılması: Azərbaycanın süni intellekt potensialının gücləndirilməsi
Tərəflər, həmçinin yerli potensialın gücləndirilməsi, bilik və təcrübə mübadiləsi, müvafiq bacarıqların inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər. Məqsəd süni intellekt həllərinin Azərbaycanın uzunmüddətli milli rəqəmsal inkişaf hədəflərinə töhfəsini təmin etməkdir.
Növbəti mərhələ: pilot layihələrdən geniş tətbiqə
Əməkdaşlığın növbəti mərhələləri üzrə yol xəritəsi hazırlanacaq. Buraya pilot layihələr, texniki nümayişlər və maraqlı tərəflərlə əməkdaşlıq daxildir. Bu fəaliyyət uğurlu həllərin gələcəkdə daha geniş miqyasda tətbiqi üçün zəmin yaradacaq. Bütün əməkdaşlıq qabaqcıl təhlükəsizlik tədbirləri və müasir məlumatların mühafizəsi protokollarına uyğun olaraq həyata keçiriləcək. Hər bir konkret layihə tərəflər arasında ayrıca razılaşma əsasında reallaşdırılacaq.
Memorandum “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın, “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın, həmçinin Nazirliyin müasir, vətəndaşyönümlü və məlumatlara əsaslanan dövlət sektorunun formalaşdırılması istiqamətindəki fəaliyyətinin məqsədlərinə uyğundur.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
16 d. əvvəl
Quba-Xəzəryanı zonasında neft-qaz ehtiyatlarının dəqiq həcmi müəyyənləşdiriləcək
-
-
24 d. əvvəl
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
-
42 d. əvvəl
Nazirlik “SpaceXAI” ilə razılaşdı – Grok Azərbaycanın dövlət xidmətlərinə gəlir
-
53 d. əvvəl
Avropa Bankının istiqrazları üzrə son kupon və nominal ödənişləri həyata keçiriləcək
-
1 saat əvvəl
Sabahdan 20 min manatdan yuxarı elektron köçürmələr izlənəcək
-
2 saat əvvəl
Xəzərdə nəhəng enerji layihəsi: “Abşeron”a 4,2 milyard dollar yatırılacaq
-
2 saat əvvəl
“Made in Azerbaijan” üçün yeni əməkdaşlıq memorandumu imzalandı
-
2 saat əvvəl
Rəqəmsal biznesə güzəştlərin qaydası dəyişir – ixrac edən daha çox dəstək alacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Avropa Bankının istiqrazları üzrə son kupon və nominal ödənişləri həyata keçiriləcək
“Made in Azerbaijan” üçün yeni əməkdaşlıq memorandumu imzalandı
Ən çox oxunanlar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Prezident geri qaytardı, layihə təkmilləşdirildi, yenidən parlamentə təqdim edildi - vergi güzəştləri gündəmdə
PalmPay artıq “Bazarstore”da!
Azərbaycanda daha bir şirkət ləğv olunur – böyük şirkətə birləşir
























