970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan İnvestisiya Holdinqi “Silk Road Fund” ilə 7,5 milyard Çin yuanı həcmində Birgə İnvestisiya Fondunun yaradılmasını elan edib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) Çinin “Silk Road Fund” (SRF) ilə Birgə İnvestisiya Fondunun yaradılmasını elan edib.

Marja.az Azərbaycan İnvestisiya Holdinqinə istinadən xəbər verir ki, ümumi kapitalı 7,5 milyard Çin yuanı (təxminən 1 milyard ABŞ dolları) təşkil edən Birgə İnvestisiya Fondu Azərbaycanda, eləcə də Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə iştirak edən digər ölkələrdə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

Fond AİH və SRF tərəfindən investisiya imkanlarının birgə nəzərdən keçirilməsi və perspektiv layihələrin maliyyələşdirilməsi üçün çərçivə yaradacaq. Bu yeni mexanizm tərəflər arasında investisiya əməkdaşlığının genişləndirilməsi və müxtəlif layihələrə uzunmüddətli kapitalın cəlb edilməsi üçün əlavə imkanlar yaradacaq.

Birgə İnvestisiya Fondunun yaradılması AİH və SRF arasında 2025-ci ilin aprel ayında imzalanmış Çərçivə Sazişinə əsaslanır. Saziş çərçivəsində qurulmuş əməkdaşlığın davamı olaraq, tərəflər Fondun yaradılması istiqamətində işləri davam etdirib, potensial investisiya sahələri, Fondun strukturu və fəaliyyət prinsipləri üzrə müzakirələr aparıblar.

Fondun yaradılması Azərbaycan və Çin arasında investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi istiqamətində mühüm addımdır. AİH və SRF Fond çərçivəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyən edilməsi və maliyyələşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan İnvestisiya Holdinqi AİH Silk Road Fund Çin Birgə İnvestisiya Fondu 7 5 milyard yuan 1 milyard dollar Bir Kəmər Bir Yol investisiya Çin investisiyaları Azərbaycan-Çin əməkdaşlığı investisiya layihələri uzunmüddətli kapital Azərbaycan Beynəlxalq İnvestisiya Forumu.
30.09.2026 15:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19