Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

bp Azərbaycanda neftverməni artıracaq layihəni tamamladı - Gücü 20% yüksəldib

bp Mərkəzi Azəri platformasında qazın yenidən laylara vurulma gücünü artırıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
bp Azərbaycanda neftverməni artıracaq layihəni tamamladı - Gücü 20% yüksəldib
iç səhifə xəbər şəkil altı (mobil)_32

bp Mərkəzi Azəri platformasında həyata keçirdiyi Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsini tamamlayıb.

bp-dən Marja.az-a verilən məlumata görə, layihə nəticəsində platformada qazın yenidən laylara vurulma gücü 20% artırılıb ki, bu da mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək edəcək.

Reklam_3_11

Layihə üzrə dənizdə işlərin icrasına 2026-cı ilin yanvar ayında başlanılmış və layihə sentyabr ayında təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanmışdır. Layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressorunun daxili rotasiya blokları və köməkçi hissələri dəyişdirilərək əsaslı şəkildə modernləşdirilmişdir. Bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, yerinə yetirilmişdir.

Layihə çərçivəsində həmçinin qazın yenidən laylara vurulması gücünün artırılması və əməliyyat çevikliyinin gücləndirilməsini dəstəkləmək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar həyata keçirilmişdir. Bu modifikasiyalar avqust ayında Mərkəzi Azəri platformasında aparılmış profilaktik işlər proqramı zamanı yerinə yetirilmiş və bunun ardınca layihə üzrə bütün qalan yekun işlər tamamlanmışdır.

CAGE layihəsi layların idarə olunmasının gücləndirilməsini dəstəkləməklə Azəri-Çıraq-Günəşli yatağından neftvermənin maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi səylərinə töhfə verir.

30.09.2026 16:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19