“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
“McDonald’s Azərbaycan” 35-ci restoranını açdı, 65 nəfər işlə təmin edildi. 176 yerlik yeni “McDonald’s” restoranı Badamdarda istifadəyə verilib.“McDonald’s Azərbaycan” şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanında açılıb.
Birmərtəbəli zal “Luna” qlobal dizayn konsepsiyası əsasında tərtib olunub və 176 nəfər üçün nəzərdə tutulub, açıq terrasda isə daha 32 oturacaq yeri var. Qonaqlar rəqəmsal özünəxidmət köşklərindən, sifarişlərin masaya çatdırılması xidmətindən və “McDelivery”dən istifadə edə bilərlər. “MakAvto” xidməti isə avtomobildən düşmədən sifariş verməyə, ödəniş etməyə və sifarişi götürməyə imkan verir.
Qəhvə həvəskarları üçün “McCafé” fəaliyyət göstərir: burada geniş çeşiddə qəhvə içkiləri və desertlər, eləcə də səhər yeməyi menyusu təqdim olunur. Yaxın zamanda uşaqlı ailələr üçün “PlayPlace” oyun zonasının açılması planlaşdırılır.
Yeni restoranın açılması ilə 65 yeni iş yeri yaradılıb. Hazırda “McDonald’s Azərbaycan”da 3 200-dən çox Azərbaycan vətəndaşı çalışır.
“McDonald’s” 26 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir və yerli bizneslə fəal əməkdaşlıq edir. Şirkət təchizat, logistika, informasiya texnologiyaları, işə qəbul, marketinq və digər sahələrdə 100-dən çox yerli şirkətlə əməkdaşlıq edir.
“McDonald’s” restoran şəbəkəsinin genişlənməsi həm şirkətin özündə, həm də yerli təchizatçı və tərəfdaş şirkətlərdə yeni iş yerlərinin yaradılmasına töhfə verir. Bu, əlaqəli sahələrdə iqtisadi fəallığın artmasına və şirkətin ölkənin qeyri-neft sektorunun inkişafına töhfəsinin güclənməsinə xidmət edir.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
57 d. əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
1 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
3 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
3 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır

























