Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
Azərbaycan ilə Türkiyə arasında 14 ədəd HÜRKUŞ-II təlim təyyarəsi və bir sıra digər müdafiə sistemlərinin tədarükünü nəzərdə tutan müqavilələr imzalanıb.
Marja.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün məlumat verib. Müqavilələr Bakıda keçirilən ADEX 2026 – Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində imzalanıb.
Görgünün sözlərinə görə, ADEX 2026 çərçivəsində TUSAŞ ilə HÜRKUŞ, BAYKAR ilə MIZRAK ağıllı dolaşan sursatı və Antidot sistemi, ROKETSAN ilə Barbaros Sahil Müdafiə Sistemi üzrə tədarük müqavilələri imzalanıb. ASELSAN ilə isə ALP-100 radarlarının tədarükünə dair anlaşma memorandumu imzalanıb.
Bu razılaşmaların ümumi dəyərinin 500 milyon ABŞ dollarını ötdüyü bildirilib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Haluk Görgün bildirib ki, razılaşma çərçivəsində Azərbaycana ümumilikdə 14 HÜRKUŞ-II təyyarəsi təhvil veriləcək. Onun açıqlamasına əsasən, ilk tədarüklərin artıq 2026-cı il ərzində həyata keçirilməsi planlaşdırılır. TUSAŞ ayrıca bildirib ki, HÜRKUŞ üzrə imzalanmış ixrac müqaviləsi Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim ehtiyaclarının qarşılanmasına yönəlib.
Naxçıvanda ASELSAN zavodu ilə bağlı ilkin razılaşma
ADEX 2026 çərçivəsində təkcə hərbi texnikanın tədarükü deyil, istehsal, təhsil və texnologiya sahələrində də bir sıra sənədlər imzalanıb. ASELSAN ilə NOVASIS arasında Naxçıvanda zavod yaradılmasına dair ilkin razılaşma əldə olunub. Bundan başqa, Boğaziçi Savunma və NOVASIS arasında radiotezlik (RF) əsaslı sistemlərin hazırlanması üzrə yaradılan tərəfdaşlığa dair memorandum, Kayı Savunma ilə NOVASIS arasında əməkdaşlıq memorandumu imzalanıb.
MKE ilə MİRAS arasında strateji əməkdaşlıq və biznesin inkişafı, OTOKAR ilə MİRAS arasında isə logistika dəstəyi üzrə əməkdaşlıq müqaviləsi bağlanıb.
Həmçinin Türkiyənin Ali Təhsil Şurası (YÖK), Müdafiə Sənayesi İdarəsi, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Elm və Təhsil Nazirliyi arasında akademik əməkdaşlıq memorandumu imzalanıb. MSTİM və Müdafiə Sənayesi Akademiyası isə elmi-tədqiqat, təhsil və universitet-sənaye əməkdaşlığı üzrə razılığa gəlib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
4 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
4 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
5 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
6 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı




















