Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Bir ayda 2,8% bahalaşıb. Bakıda yeni tikililərin median qiyməti 271 min manata çatıb. Mənzil bahalaşır, torpaq ucuzlaşır – sentyabrın əmlak mənzərəsi. Kirayələr də bahalaşıb – yeni tikilidə median aylıq ödəniş 1 000 manatdır. Çıxarışlı torpaq çıxarışsızdan 62,5% bahadır.Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə daşınmaz əmlak bazarı indeksinə əsasən, hesabat ayında mənzil satışında qiymət artımı sürətlənib.
Palatadan Marja.az-a bildirilib ki, yeni tikili mənzillərdə qiymətlər aylıq 2,8 faiz, köhnə tikililərdə isə 2,5 faiz yüksəlib.Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Torpaq və fərdi yaşayış evlərinin satışında zəif korreksiya, kommersiya seqmentində isə mülayim bərpa qeydə alınıb.
Yeni tikili mənzillərin satışında median qiymət sentyabrda 2 850 AZN/m², AQP indeksi 108,0 olub. Qiymət avqustla müqayisədə 2,8 faiz, 2025-ci ilin dekabrındakı baza göstəricisi ilə müqayisədə 8 faiz artıb. Median mənzil sahəsi 95 m², median satış qiyməti 271 min AZN təşkil edib. Böyük müşahidə bazasına malik rayonlar arasında Sabunçu, Nərimanov və Nəsimi daha yüksək vahid qiymətlərlə seçilib. Abşeron, Sumqayıt və Qaradağda isə qiymətlər nisbətən aşağı səviyyədə qalıb.
Köhnə tikili mənzillərin satışında median qiymət 2 692,3 AZN/m², AQP indeksi 106,8 təşkil edib. Aylıq artım 2,5 faiz, baza dövrü ilə müqayisədə artım 6,8 faiz olub. Model üzrə orta satış müddəti 21,1 gün, median satış müddəti 14,6 gün hesablanıb. Sentyabrda yeni yerləşdirilən elanların median qiymətinin təxminən 2 700 AZN/m² olması satıcı gözləntilərinin yüksək qaldığını göstərir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Kirayə bazarında da artım qeydə alınıb. Yeni tikili mənzillərdə median kirayə 11,03 AZN/m², AQP indeksi 101,8 olub. Aylıq artım 3,1 faiz təşkil edib. Köhnə tikili mənzillərdə median 10,82 AZN/m², indeks 108,2 olub və qiymətlər avqustla müqayisədə 1,1 faiz yüksəlib. Yeni tikililərdə median aylıq kirayə haqqı 1 000 AZN, köhnə tikililərdə isə 700 AZN təşkil edib.
Fərdi yaşayış evlərinin satışında median göstərici 638,2 AHU, AQP indeksi 99,7 olub. Seqment üzrə aylıq 1,3 faizlik azalma qeydə alınıb və qiymət səviyyəsi 2025-ci ilin dekabrındakı baza göstəricisinə yaxın qalıb. Kirayə bazarında median qiymət 9,50 AZN/m², indeks 123,3 təşkil edib. Aylıq 7,51 faizlik azalma əsasən mövsümi təklif strukturunun dəyişməsi ilə bağlı olub. Yay aylarında yüksək qiymətlərlə təklif olunan villa və bağ evlərinin payının azalması sentyabrda daha aşağı vahid qiymətli uzunmüddətli kirayə təkliflərinin çəkisini artırıb. Buna görə göstəricidəki dəyişmə ümumi bazar qiymətlərinin eyni həcmdə ucuzlaşması kimi qiymətləndirilmir.
Kommersiya obyektlərinin satışında median qiymət 2 871 AZN/m², AQP indeksi 98,4 olub. Avqustla müqayisədə 0,7 faizlik artım qeydə alınsa da, göstərici dekabr 2025-ci ilin baza səviyyəsindən 1,6 faiz aşağıdır. Model üzrə median satış müddəti 13,2 gün olub. Kommersiya obyektlərinin icarəsində median qiymət 15 AZN/m², indeks 98,4 təşkil edib. Aylıq 2,7 faizlik artım avqustdakı korreksiyadan sonra qismən bərpaya işarə edir. Median aylıq icarə haqqı 2 000 AZN, indikativ qiymət uyğunlaşma diskontu 13,6 faiz hesablanıb.
Torpaq bazarında median qiymət 15 899,8 AZN/sot, AQP indeksi 119,2 olub. Avqustla müqayisədə 1,4 faizlik azalma qeydə alınsa da, göstərici aprel 2026-cı ilin baza səviyyəsindən 19,2 faiz yüksəkdir. Xəzər, Səbail və Xətai rayonlarında vahid qiymətlər daha yüksək, Abşeron və Qaradağda isə daha aşağı olub. Çıxarışlı torpaqlarda median qiymət 16 250 AZN/sot, çıxarışsız torpaqlarda 10 000 AZN/sot təşkil edib.
Qaraj satışında median qiymət 1 200 AZN/m², AQP indeksi 93,9 olub. Sentyabrda aylıq 4,3 faizlik bərpa qeydə alınsa da, indeks dekabr 2025-ci ilin baza səviyyəsindən 6,1 faiz aşağı qalıb. Qarajların icarəsində median qiymət 8,33 AZN/m², indeks 124,9 olub. Aylıq 16,7 faizlik azalma qeydə alınıb, lakin göstərici iyul 2026-cı ilin baza səviyyəsini 24,9 faiz üstələyib. Məhdud müşahidə bazası bu seqmentdə aylıq dəyişmələrin yüksək dəyişkənliyini şərtləndirir.
AQP-nin sentyabr göstəriciləri daşınmaz əmlak bazarında vahid istiqamətli qiymət hərəkətinin olmadığını göstərir. Əsas artım mənzil satışında və şəhər mənzillərinin kirayəsində qeydə alınıb. Torpaq və fərdi yaşayış evlərinin satışında zəif korreksiya, kommersiya seqmentində mülayim bərpa, qaraj bazarında isə daha yüksək dəyişkənlik müşahidə olunub.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) dövri olaraq hər ay daşınmaz əmlak, avtomobil və tikinti bazarları üzrə indeksləri açıqlayır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
5 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























