İri bankın biznes kreditləri portfeli 4 milyard manata yaxınlaşıb
Azərbaycan Beynəlxalq Bankının kredit portfeli 774 milyon manat böyüyüb. ABB-nin daşınmaz əmlak kreditləri 16,6% artıb, ABB-nin istehlak kreditləri 2,2 milyard manatı ötüb."Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) aktivləri 2025-ci ilin sonundakı 13 milyard 626 milyon 903 min manatdan 30 sentyabr 2026-cı il tarixinə 16 milyard 117 milyon 578 min manata yüksəlib. Beləliklə, aktivlər ilin əvvəlindən 2 milyard 490 milyon 675 min manat və ya 18,3% artıb.
Kredit portfeli 7,85 milyard manata çatıb
Marja.az Bankın 9 aylıq maliyyə nəticələrinə istinadən xəbər verir ki, ABB-nin müştərilərə verilmiş kreditlərin ümumi həcmi ilin əvvəlindəki 7 milyard 79 milyon 984 min manatdan 7 milyard 854 milyon 140 min manata yüksəlib. Artım 774 milyon 156 min manat və ya 10,9% təşkil edib.
Kredit portfelinin tərkibində:
-Biznes kreditləri 3 milyard 544 milyon 993 min manatdan 3 milyard 801 milyon 753 min manata;
-İstehlak kreditləri 1 milyard 984 milyon 240 min manatdan 2 milyard 244 milyon 60 min manata;
-Daşınmaz əmlak kreditləri 1 milyard 550 milyon 750 min manatdan 1 milyard 808 milyon 326 min manata yüksəlib.
ABB-nin biznes kreditləri portfeli 7,2%, istehlak kreditləri portfeli 13,1%, daşınmaz əmlak kreditləri portfeli isə 16,6% artıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
5 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı

























