PAŞA Bankın səhmlərini alanlara dividend ödəniləcək – 53,5 milyon manat paylanacaq
PAŞA Bankın səhmlərinə yatırım edənlər üçün yeni ödəniş – 30 oktyabrda köçürüləcək“PAŞA Bank” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı 18 iyun 2026-cı il tarixində 2025-ci ilin maliyyə nəticələri üzrə cəmi 107 043 000 AZN məbləğində dividend ödənilməsi barədə qərar qəbul etmişdir.
Qərara əsasən, dividend iki bərabər hissədə ödənilir. Birinci hissə 9-10 iyul 2026-cı il tarixlərində səhmdarlara 53 521 500 AZN ödənilmişdir. İkinci hissə üzrə ödəniş 53 521 500 AZN təşkil edir və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən hər bir səhmdarın müvafiq bank hesabına köçürüləcəkdir.
İkinci hissə dividend ödənişi ilə bağlı əsas məlumatlar:
- Ümumi dividend məbləği: 53 521 500,00 AZN (vergilər və digər məcburi ödənişlər daxil olmaqla)
- Bir səhm üzrə dividend məbləği: ~ 2,86 AZN (vergilər və digər məcburi ödənişlər daxil olmaqla)
- Hüquq tarixi: 28 oktyabr 2026-cı il, saat 18:00 - bu tarixdə MDM-in apardığı səhmdarlar reyestrində adları qeyd olunan şəxslər dividend almaq hüququna malikdir
- Dividend hüququ ilə səhm almaq üçün son ticarət günü: 27 oktyabr 2026-cı il (ticarət sessiyasının sonunadək, saat 16:30)
- Ödəniş hesabı: MDM-də qeydiyyata alınmış bank hesabı
- Ödəniş tarixi: 30 oktyabr 2026-cı il (ödəniş həyata keçirildikdən sonra səhmdarlar SMS bildiriş alacaqlar)
Səhmləri hansı tarixdə əldə etməsindən və nə qədər müddət saxlamasından asılı olmayaraq, dividend almaq hüququna malik səhmdarlar MDM-in apardığı reyestr əsasında 28 oktyabr 2026-cı il, saat 18:00 vəziyyətinə müəyyən ediləcək. Qeyd edək ki, “PAŞA Bank” ASC-nin səhmlərinin ticarəti “Bakı Fond Birjası” QSC-də aparılır və bağlanmış əqdlər üzrə hesablaşmalar növbəti iş günü başa çatır. Bu səbəbdən reyestrdə 27 oktyabr 2026-cı il saat 16:30-dək bağlanmış alış əqdləri nəzərə alınacaq; 28 oktyabr və sonrakı tarixlərdə alınan səhmlər üzrə dividendin II hissəsi ödənilmir.
PAŞA Bank ASC təsdiq edir ki, ilkin kütləvi təklif (IPO) zamanı Bankın səhmlərini əldə etmiş bütün fiziki və hüquqi şəxslər digər səhmdarlarla bərabər əsaslarla 2025-ci il üzrə dividend almaq hüququna malikdir. Beləliklə, PAŞA Bank ASC 2025-ci ilin konsolidasiya olunmuş maliyyə hesabatlarına əsasən il üzrə xalis mənfəətinin 57,7%-ni dividend kimi bölüşdürür. IPO-da səhm əldə edib həmin səhmləri hər iki hüquq tarixinədək (8 iyul və 28 oktyabr 2026) saxlayan investorlar təxminən 4 ay ərzində IPO zamanı müəyyən edilmiş səhmlərin satış qiymətinə (55 AZN) nisbətən ~10,4% dividend gəliri əldə etmiş olacaqlar.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, tənzimlənən bazarda kütləvi təklif edilmiş səhmlər üzrə dividend gəlirləri 1 fevral 2028-ci il tarixinədək fiziki şəxslərin gəlir vergisindən azaddır. Bu səbəbdən fiziki şəxslərə ödənişdən 5% ödəmə mənbəyində vergi tutulmayacaq və vəsait tam həcmdə köçürüləcək.
Dividend ödənişi, müvafiq bank hesabı və rekvizitləri, dividendlər və səhmlər ilə bağlı suallar üçün *9123 və ya [email protected] əlaqə saxlanıla bilər.
Xatırladaq ki, PAŞA Bank ASC-nin səhmlərinin IPO-su 19 iyun 2026-cı ildə uğurla başa çatmışdır. Azərbaycan kapital bazarı tarixində ilk özəl şirkət IPO-su olan bu təklif həm fərdi, həm də korporativ investorlar tərəfindən böyük maraqla qarşılanmışdır. Təxminən 18 min unikal investorun iştirakı, 129,2% örtülmə nisbəti və 66,3 milyon AZN həcmində sifarişlə nəticələnən IPO investor bazasının genişlənməsinə, qiymətli kağızlar bazarına marağın artmasına və ölkədə kapital bazarının inkişafına təkan vermişdir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
6 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
7 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı






















