Azərbaycanda neftin qiymətinin 65 dollardan aşağı düşməsi ehtimalı az qiymətləndirilir
Neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində və ixracda əhəmiyyətli çəkiyə malik olması xam neft qiymətlərində və hasilat həcmində baş verə biləcək dəyişikliklərin fiskal və makroiqtisadi göstəricilərə həssaslığını şərtləndirir. Neft qiymətlərinin proqnozlaşdırılan səviyyədən aşağı düşməsi neft-qaz gəlirlərinin və nəticə etibarilə icmal büdcə balansının zəifləməsinə, eləcə də Dövlət Neft Fondunun aktivlərinin azalmasına səbəb ola bilər. Bu baxımdan, qlobal enerji bazarındakı qiymət dəyişkənliyi, hasilat perspektivləri və mövcud geosiyasi proseslərin fiskal göstəricilərə potensial təsirlərinin təhlili xüsusi əhəmiyyət daşıyır.
Marja.az xəbər verir ki, bu bardə Maliyyə Nazirliyinin dərc etdiyi 2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsində bildirilir.
Qeyd edilib ki, neft bazarındakı qeyri-müəyyənlikləri nəzərə almaq məqsədilə neft qiymətlərinin baza proqnozundan potensial kənarlaşmaları müxtəlif ehtimal intervalları üzrə qiymətləndirilmişdir. Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5, 10, 15 və 20 dollar kənarlaşmalar əsasında formalaşdırılmışdır. Qrafikdə mərkəzi xətt baza proqnoz trayektoriyasını, digər zolaqlar isə neft qiymətinin baza ssenaridən mümkün kənarlaşma diapazonunu əks etdirir. Beləliklə, yelpəvi diaqramlar (ing: fan charts) neft qiymətinin həm yuxarı, həm də aşağı istiqamətdə mümkün dəyişmə trayektoriyalarını və bununla bağlı qeyri-müəyyənliyin səviyyəsini əyani şəkildə göstərir. Ssenarilərin formalaşdırılmasında əvvəlki illərdə proqnoz göstəricilərinin faktiki nəticələrdən kənarlaşma xüsusiyyətləri nəzərə alınmışdır.
Qlobal neft-qaz bazarındakı gözləntilər nəzərə alınmaqla, 2027–2030-cu illər üçün müxtəlif neft qiyməti ssenarilərinin icmal büdcə balansına, büdcə gəlirlərinə və Dövlət Neft Fondunun aktivlərinə təsiri hesablanmışdır.
2027–2030-cu illər üzrə müxtəlif ssenarilərdə Dövlət Neft Fondunun aktivlərinin dəyişməsi Qrafik 22-də təqdim olunur. Nəticədə, baza ssenari (73,9 mlrd. ABŞ dolları) ilə müqayisədə aktivlərin ssenarilər üzrə təxminən 0,9–1,8 mlrd. ABŞ dolları intervalında dəyişməsi gözlənilir.
Neft-qaz sektorunda qiymətlərin baza proqnozundan mümkün kənarlaşması nəzərə alınmaqla, 2027-ci ildə icmal büdcə balansının ÜDM-ə nisbətinin baza ssenari (-2,0%) ilə müqayisədə müxtəlif ssenarilərdə təxminən 1,4-2,7 faiz bəndi intervalında dəyişməsi gözlənilir.
Ümumilikdə dünya bazarlarında neft qiymətləri proqnozlarda yüksək volatillik müşahidə olunsa da, növbəti ildə 65 $-dan aşağı olmaq ehtimalı azdır və neft qiymətləri kanalı vasitəsilə fiskal risklər aşağı qiymətləndirilir.
Neft və təbii qaz qiymətlərinin volatilliyi və mitiqasiya tədbirləri. Neft-qaz gəlirlərinin fiskal göstəricilərə təsirinin məhdudlaşdırılması və makro-fiskal dayanıqlılığın qorunması baxımından büdcə qaydası əsas fiskal mexanizmlərdən biri kimi tətbiq olunur. Qaydanın əsas istiqamətlərindən biri ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin müəyyən edilmiş hədəf çərçivəsində saxlanılmasıdır. Bu yanaşma fiskal siyasətin neft-qaz gəlirlərindəki dəyişikliklərə həssaslığının mərhələli şəkildə azaldılmasına və daha dayanıqlı fiskal çərçivənin formalaşdırılmasına imkan verir.
Bununla yanaşı, dövlət büdcəsinin tərtibi zamanı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğinin xarici valyutada deyil, manat ifadəsində müəyyən edilməsi neft qiyməti və hasilat dəyişikliklərinin büdcə gəlirlərinə birbaşa ötürülməsini məhdudlaşdırır. Beləliklə, transfert məbləğinin neft qiyməti, hasilat həcmi və valyuta məzənnəsindəki dəyişikliklərdən birbaşa asılı olmaması növbəti ilin dövlət büdcəsinin neft gəlirlərinin daha proqnozlaşdırıla bilən formada formalaşmasına şərait yaradır.
Neft və təbii qaz qiymətlərindəki volatilliyin icmal və dövlət büdcələrinə mümkün təsirlərinin azaldılması məqsədilə, makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə qaydasının tətbiqi davam etdirilməkdədir. Qayda üzrə müəyyən edilmiş fiskal hədəflər qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin və Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin ortamüddətli dövrdə mərhələli şəkildə aşağı salınmasını nəzərdə tutur. Bununla neft-qaz gəlirlərindən fiskal asılılığın azaldılması və Dövlət Neft Fondunun aktivlərinin uzunmüddətli perspektivdə qorunması təmin edilir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
4 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
4 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
5 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
6 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























