Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI
İqtisadiyyat Nazirliyi tərəfindən makroiqtisadi proqnozlar hazırlanarkən Dolların məzənnəsi 2030-cu ilədək 1,70 manat götürülüb.İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür.
Marja.az xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində" bildirilir.
Qeyd edilib ki, milli valyutanın mübadilə məzənnəsi əvvəlki ildəki kimi sabitliyini (1 ABŞ dollarına qarşı 1,7 manat) qorumuş, daxili tələb üçün əlverişli şərait yaradaraq maliyyə və istehlak qərarlarında valyuta risklərini məhdudlaşdırmışdır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Vurğulanıb ki, manatın məzənnəsinin sabit qalması, valyuta bazarında təklifin tələbi üstələməsi və xarici valyutaya tələbin zəifləməsi şəraitində əmanətlərin valyuta strukturunda manatın mövqeyinin möhkəmlənməsi maliyyə sistemində de-dollarlaşma prosesinin davam etdiyini göstərmişdir.
İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,7% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,3% olacağı gözlənilir.
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2030-cu ildə 137,0 milyard manata, xərclərinin isə 134,1 milyard manata qədər yüksəlməsi gözlənilir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ildə təqdim olunan son proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 141,0 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 109,1 milyard manat təşkil edəcəyi gözlənilir. 2030-cu ildə isə ÜDM-in 169,1 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 138,6 milyard manata qədər artacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in 4,4 faiz olacağı proqnozlaşdırılır.
2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 82,0 faizə çatacağı proqnozlaşdırılır. Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-ci il üçün 65,0 ABŞ dolları və 2028-2030-cu illər üçün də eyni qalacağı fərz edilmişdir. Bununla yanaşı, 2029-cu ildən etibarən Abşeron yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun da sektorun ümumi inkişafına müsbət töhfə verməsi gözlənilir.
2027-ci ildə əsas kapitala olan investisiyalarda 2,4 faiz, ortamüddətli dövrdə isə orta illik 2,2 faiz artım olacağı proqnozlaşdırılır. Neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında 2027-2028-ci illərdə artım proqnozlaşdırılır. Əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə proqnozlar, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin yüksəldilməsi, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi və infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəzərə alınmışdır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
8 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
8 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
9 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
10 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
























