“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi ®
Azərbaycanda İLK DƏFƏ – Dövlət zəmanəti ilə 10 milyon manatlıq istiqraz satılıbPAŞA Kapital İnvestisiya Şirkəti Azərbaycanın kapital bazarları tarixində növbəti bir ilkə imza ataraq, dövlətin kredit zəmanəti mexanizmi əsasında korporativ istiqrazların yerləşdirilməsini uğurla tamamlayıb.
Belə ki, “AZƏRMAŞ GROUP” MMC-nin 10 milyon manatlıq korporativ istiqrazları İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti əsasında “PAŞA Kapital”ın anderrayterliyi ilə 15 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) keçirilən rəqabətli hərracda tam həcmdə yerləşdirilib.
İnvestorların fəal iştirakı ilə baş tutan yerləşdirməyə 66 fiziki və 5 hüquqi şəxs olmaqla, ümumilikdə 71 investor qoşulub. İstiqraz emissiyasının 100% reallaşdırılması “PAŞA Kapital”ın kapital bazarında uğurlu anderraytinq fəaliyyətinin daha bir göstəricisi olub.
İnvestorların sayı və yerləşdirdikləri sifarişlər üzrə həcm bölgü aşağıdakı kimi formalaşıb:
Fiziki şəxslər: 66 investor, 4 233 000 AZN (42,33%) sifariş həcmi;
Hüquqi şəxslər: 5 investor, 5 767 000 AZN (57,67%) sifariş həcmi.
Hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqraz illik 13% kupon gəliri və 3 illik tədavül müddəti ilə investorlara təqdim edilib. İstiqrazlar üzrə faiz ödənişləri ilk yerləşdirmə tarixindən etibarən hər 3 aydan bir həyata keçiriləcək.
PAŞA Kapitalın məhsul və xidmətləri haqqında ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
5 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı

























