Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
İdxal azalır, amma ərzağa daha çox pul xərclənir – DGK-nın yeni rəqəmləri2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana idxal olunan məhsulların ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% azalsa da, bir sıra mühüm mal qruplarında ciddi artım qeydə alınıb. Xüsusilə yeyinti məhsulları, maşın və avadanlıqlar, buğda, bitki və heyvan mənşəli yağların idxalına daha çox vəsait xərclənib.
Marja.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illərin yanvar–sentyabr ayları üzrə xarici ticarət hesabatlarının müqayisəsi nəticəsində məlum olub.
2026-cı ilin ilk 9 ayında Azərbaycanın idxalı 13 milyard 345 milyon 920 min ABŞ dolları təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu göstərici 16 milyard 769 milyon 2 min dollar olmuşdu. Beləliklə, idxalın ümumi dəyəri 3 milyard 423 milyon 82 min dollar və ya 20,4% azalıb.
Ərzaq idxalı 2 milyard dolları keçib
Hesabat dövründə Azərbaycana 2 milyard 67 milyon 672 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin ilk 9 ayında bu göstərici 1 milyard 880 milyon 465 min dollar idi. Beləliklə, ərzaq idxalı 187 milyon 207 min dollar və ya 10% artıb.
Yeyinti məhsullarının ümumi idxalda xüsusi çəkisi 2025-ci ilin ilk 9 ayındakı 11,21%-dən 2026-cı ilin eyni dövründə 15,49%-ə yüksəlib.
Buğda idxalı 1 milyon tonu ötüb
2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana 1 milyon 44 min 835 ton buğda idxal edilib. Bu idxalın statistik dəyəri 224 milyon 30 min dollar təşkil edib.
2025-ci ilin eyni dövründə isə 878 min 670 ton buğda 188 milyon 580 min dollara idxal olunmuşdu.
Beləliklə, buğda idxalı fiziki həcmdə 18,9%, dəyər ifadəsində isə 18,8% artıb.
Ət idxalı 33 min 321 tondan 37 min 939 tona yüksəlib. Ət idxalına sərf olunan vəsait isə 75 milyon 769 min dollardan 89 milyon 367 min dollara çatıb.
Süd və qaymaq idxalı dəyər ifadəsində 21 milyon 468 min dollardan 32 milyon 928 min dollara yüksələrək 53,4% artıb.
Bitki və heyvan mənşəli piylər və yağların idxalına xərclənən vəsait isə 174 milyon 956 min dollardan 223 milyon 561 min dollara çatıb. Bu, 27,8% artım deməkdir.
Bunun əksinə, kərə yağı və süddən hazırlanan digər yağların idxalı 136 milyon 377 min dollardan 113 milyon 534 min dollara düşüb.
Maşın və avadanlıqların idxalı 3 milyard dolları keçib
2026-cı ilin ilk 9 ayında Azərbaycana 3 milyard 78 milyon 27 min dollar dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri idxal edilib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 2 milyard 641 milyon 610 min dollar idi. Beləliklə, bu məhsulların idxalı 436 milyon 418 min dollar və ya 16,5% artıb.
Maşın və avadanlıqların ümumi idxalda xüsusi çəkisi 15,75%-dən 23,06%-ə yüksəlib.
Nəqliyyat vasitələrinin idxalı azalıb
2026-cı ilin yanvar–sentyabr aylarında nəqliyyat vasitələri və onların hissələrinin idxalı 1 milyard 902 milyon 210 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 2 milyard 169 milyon 147 min dollar olmuşdu. Beləliklə, nəqliyyat vasitələri və onların hissələrinin idxalı 266 milyon 937 min dollar və ya 12,3% azalıb.
Əczaçılıq məhsullarının idxalında da cüzi azalma qeydə alınıb. Bu məhsulların idxalı 388 milyon 964 min dollardan 382 milyon 445 min dollara geriləyib. Qara metallar və onlardan hazırlanan məmulatların idxalı isə 815 milyon 262 min dollardan 863 milyon 216 min dollara yüksəlib.
Ümumilikdə idxalın azalmasına baxmayaraq, ərzaq, maşın və avadanlıq, qara metallar və bir sıra digər məhsul qrupları üzrə idxalın artması xarici alışların strukturunda dəyişiklik olduğunu göstərir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
5 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
6 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
6 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
8 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı



























