“Prior Lizinq” Balakəndə yeni filial açıb
Texnikaların satışı, servisi və ehtiyat hissələri artıq bir ünvanda“Prior Lizinq” 16 oktyabr 2026-cı ildə Balakən rayonunun Katex kəndində kənd təsərrüfatı texnikalarının satışı, servisi və ehtiyat hissələrini bir ünvanda cəmləyən yeni filialını istifadəyə verib.
Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev iştirak edib. O, filialda nümayiş olunan kənd təsərrüfatı texnikaları ilə yaxından tanış olub və təqdim edilən məhsullarla maraqlanıb.
Həmçinin tədbirdə digər rəsmi nümayəndələr, fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən tanınmış bloqqerlər və şirkət nümayəndələri iştirak ediblər. Yeni filial Balakən və ətraf ərazilərdəki fermerlərə kənd təsərrüfatı texnikalarının satışı, servis xidməti və ehtiyat hissələrinin təminatı üzrə xidmətlər göstərəcək.
Filialın açılışı “Prior Lizinq”in regionlarda xidmət şəbəkəsinin genişləndirilməsi və kənd təsərrüfatı istehsalçılarının müasir texnikalara çıxış imkanlarının artırılması istiqamətində atılan növbəti addımdır və əsas üstünlüyü fermerlərə texnika seçimindən tutmuş, istismar zamanı yaranan texniki ehtiyacların qarşılanmasına qədər müxtəlif xidmətlərdən eyni məkanda yararlanmaq imkanı verməsidir.
Açılış tədbirinin bir digər maraqlı məqamı isə bağçılıqla məşğul olan fermerlər üçün olub. Müasir texnologiyası ilə öz sinfinin premium texnikaları arasında yer alan “Lovol F4100” traktorunun ilk təqdimatı həyata keçirilib və 100 at gücündə mühərriki, ön hissəsinə aqreqatların qoşulmasına imkan yaradan sistemi ilə böyük rəğbət toplayıb. Tədbir zamanı qonaqlara şirkətin texnika çeşidləri, satış imkanları və fermerlər üçün təqdim olunan xidmətlər barədə də məlumat verilib. Açılış tədbiri musiqili qonaqlar, hədiyyələrlə davam edib.
Qeyd edək ki, “Prior Lizinq” ASC 2014-cü ildə təsis edilib. Şirkət kənd təsərrüfatı və tikinti texnikalarının, eləcə də yeni nəsil avtomobillərin lizinqlə satışını həyata keçirir. Müasir yanaşma və müştəriyönümlü xidmət prinsiplərinə əsaslanan “Prior Lizinq” təklif etdiyi İtaliya, Türkiyə, İsveç, Çin və sair ölkələrə məxsus brendlərin aqrotexnikaları ilə bu illər ərzində bazarda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib.
Ətraflı məlumat üçün 858 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
4 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
4 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
5 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
6 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı






















