Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
Azərbaycanın neft pullarından 4 milyard dollardan çox gəlir əldə edilib. Azərbaycanın Dövlət Neft Fondu investisiya portfelindən 6,2% gəlir əldə edib.Dövlət Neft Fondunun investisiyalarından gəliri 4 milyard dolları keçib – Səhmlərdən qazanc kəskin artıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli 2025-ci ili 6,2% gəlirliliklə başa vurub. Fondun investisiyalarından əldə etdiyi xalis gəlir 4 milyard 52 milyon ABŞ dollarına çatıb. Ən yüksək gəlirlilik səhm investisiyalarında qeydə alınıb.
Marja.az Dövlət Neft Fondunun 2025-ci il üzrə illik hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə investisiya portfelinin gəlirliliyi 6%, xalis investisiya gəliri isə 3 milyard 401 milyon dollar təşkil etmişdi.
Beləliklə, 2025-ci ildə Fondun investisiyalarından əldə etdiyi xalis gəlir əvvəlki illə müqayisədə 651 milyon dollar və ya 19,1% artıb.
Yaranma tarixindən 2025-ci ilin sonuna qədər ARDNF ümumilikdə 19 milyard ABŞ dolları dəyərində gəlir əldə etmişdir ki, bu da illik ifadədə 2,8% gəlirliliyə uyğundur. 2025-ci ildə Fondun gəlirliliyi 6,2% olmuşdur.
Qeyd edək ki, 2025-ci ilin sonuna ARDNF-nin idarə etdiyi aktivlərin dəyəri 60 milyard ABŞ dollarından artaraq 73,5 milyard ABŞ dollarına çatmışdır. Ümumi portfelin 29,8%-i və ya 21,9 milyard ABŞ dolları borc öhdəliklərinə, 25,6%-i və ya 18,8 milyard ABŞ dolları səhmlərə, 6,4%-i və ya 4,7 milyard ABŞ dolları daşınmaz əmlak və infrastruktura, 38,2%-i və ya 28,1 milyard ABŞ dolları isə qızıl investisiyalarına yönəldilmişdir.
Səhm investisiyalarından 2,8 milyard dollar gəlir
2025-ci ildə Dövlət Neft Fondunun ən yüksək gəlir gətirən investisiya istiqaməti səhmlər olub. Fondun səhm altportfelinin illik gəlirliliyi 17,6% təşkil edib. Səhm investisiyalarından əldə edilən xalis gəlir 2 milyard 808 milyon dollara çatıb. 2024-cü ildə bu göstərici 2 milyard 420 milyon dollar idi. Beləliklə, səhm investisiyalarından gəlir bir ildə 388 milyon dollar və ya 16% artıb. Səhm investisiyaları 2025-ci ildə Fondun ümumi xalis investisiya gəlirinin təxminən 69,3%-ni təmin edib.
Borc öhdəliklərindən gəlir 8,7% artıb
Dövlət Neft Fondunun borc öhdəlikləri altportfeli üzrə gəlirlilik 2024-cü ildəki 3,5%-dən 2025-ci ildə 4,7%-ə yüksəlib. Bu istiqamətdə xalis gəlir 1 milyard 78 milyon dollardan 1 milyard 172 milyon dollara çatıb. Artım 94 milyon dollar və ya 8,7% təşkil edib.
Daşınmaz əmlak investisiyalarında isə əvvəlki ilin zərəri müsbət nəticə ilə əvəz olunub. 2024-cü ildə daşınmaz əmlak altportfeli üzrə 96 milyon dollar zərər qeydə alındığı halda, 2025-ci ildə 72 milyon dollar xalis gəlir əldə edilib. Daşınmaz əmlak portfelinin gəlirliliyi mənfi 2,9%-dən müsbət 1,5%-ə yüksəlib.
Dövlət Neft Fondunun 2021–2025-ci illər üzrə investisiya nəticələri
İl | Gəlirlilik | Xalis gəlir/zərər |
|---|---|---|
2025 | 6,2% | 4 052 milyon $ |
2024 | 6,0% | 3 401 milyon $ |
2023 | 7,1% | 3 728 milyon $ |
2022 | -5,2% | -2 461 milyon $ |
2021 | 4,5% | 1 934 milyon $ |
Hesabatdan görünür ki, 2025-ci ildə investisiya portfelinin xalis gəliri son beş ilin ən yüksək göstəricisi olub. Bununla belə, illik gəlirlilik baxımından 2023-cü ilin 7,1%-lik nəticəsi daha yüksəkdir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
4 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
4 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
5 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
6 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı






















