Telekommunikasiya sektorunda yeni trendlər
Son on illikdə internet texnologiyalarının inkişafı telekomunikasiya sektronunun gəlirliyinin artımına mənfi təsir göstərdi və dünyanın, demək olar ki, bütün telekommunikasiya şirkətlərinin satış gəlirləri təziyqlə üzləşməyə başladı. 2010-cu ildən etibarən dünya üzrə telekomunikasiya şirkətlərinin gəliri hər il orta hesabla 6% azalmışdır.
Beləliklə, texnologiyanın sürətli inkişafı telekom şirkətlərini iki ziddiyətli proseslə ilə üz-üzə qoymuşdur: bir tərəfdən şirkətlərin gəlirləri azalma meyilləri göstərir, digər tərəfən isə yeni investisiya qoyuluşları üçün yüksək məbləğli vəsaitlər tələb olnur. Bu təbii bir prosesdir, cünki hər yeni nəsil texnologiya əvvəlkindən daha çox xərc tələb edir.
Qrafik 1 Mobil operatorların kapital xərcləri

Mobil texnologiyalar sahəsində nüfuzlu “GSMA intelligence” araşdırma təşkilatının məlumatları da bu tendensiyanı təsdiq edir. Qrafik 1-ə nəzər yetirdikdə görürük ki, xüsusən Asiya və Avropa ölkələrində GSM operatorlarının satış gəlirlərinin böyük bir hissəsi kapital xərclərinə yönəldilir.
Eyni araşdırma qurumu tərəfindən təqdim edilən növbəti qrafikdən (Qrafik 2) görürük ki, 2009-2013-cü illər arasında Avropada hər bir abunəçiyə düşən investisiya xərcləri demək olar ki, iki dəfəyə yaxın artmışdır.
Avropa Telekomminikasiya Şəbəkə Operatorları Assosiasiyası (ETNO)-nun 2016-ci ildə buraxdığı hesabatda da Avropada mobil operatorlarının gəlirlərinin 2009-cu ildən etibarən hər il azaldığı vurğulanmışdır (Qrafik 3).
Qrafik 2 Hər bir abunəçiyə düşən kapital xərcləri

Qrafik 3 Avropa mobil operatorlarının gəlirlərinin dəyişməsi

Təbii ki, telekom şirkətlərinin gəlirlərinin azalması onların yeni texnologiyalara investisiya etmək qabiliyyətlərini məhdudlaşdırır. Nəticə etibari ilə şirkətlər bu çətinliyin öhdəsindən gəlmək üçün yeni yollar axtrarırlar. Buna görə də əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə biz telekommunikasiya sektorunda şirkətlərin birləşməsinin şahidi oluruq. Xüsusi ilə Almaniya, Norveç, Finlandiya, Portuqaliya, İrlandiya, İspaniya, Fransa, İsveç kimi ölkələrdə şirkətlərin birləşməsi müşahidə olunmuşdur.
Son zamanlar da isə mobil operatorların birləşmə tendensiyası yerini digər inkişaf modelinə verməkdədir: İnfrastruktur paylaşımı. Qeyd edək ki, infrastrukturdan ortaq istifadə bir çox sahələrdə sınanmışdır. Buna misal kimi, bankların ortaq prosessinq mərkəzi yaratmasını və onun xidmətlərindən birgə istifadə etmələrini göstərmək olar.
Beynəlxalq təcrübədə geniş istifadə edilən infrastrukturdan birgə istifadə modeli azalan gəlir və artan xərc probleminin asan və səmərəli həllini təklif edir. Bu təcrübəyə əsasən bir neçə mobil operator öz aktivlərini birgə yaradılan şirkətə ötürür və yeni yaradılan şirkət artıq sərəncamında olan aktivlərlər ilə həmin mobil operatorlara, eləcə də digər operatorlara xidmət göstərir. Belə şirkətlərə ümumi olaraq “Qüllə şirkətləri” ya “İnfrastruktur şirkətləri” (“Toverko” və ya “infrako”) deyilir.
Birgə infrastruktur şirkətləri yaratmağın bir sıra üstünlükləri mövcuddur:
İlk öncə şirkətlər infrastrukturdan birgə istifadə etmklə kapital xərclərinə əhəmiyyətli dərəcədə qənaət etmiş olurlar, çünki birgə istifadə modeli onlara eyni avadanlıqlara görə (məsələn, qüllə) gərəksiz yerə iki dəfə xərc etməməyə imkan verir.

Operatorlar avadanlıqların təmiri və baxımını daha peşəkar komandaya həvalə etməklə özlərinin əsas bizneslərinə daha yaxşı köklənə bilirlər.
Şimali Amerika və Hindistanda artıq ixtisaslaşmış “Qüllə şirkət” bazarları mövcuddur və bu model Mərkəzi və Latın Amerikası, Asiya (xüsusə cənubi şərqi Asiyada) və Afrika ölkələrində getdikcə daha çox cəlbedicilik qazanmaqdadır.
Bu modelin geniş yayılmasının əsas səbəblərindən biri də rəqabətə cavabdeh tənzimləyici oraqların da bu biznes modelini dəstəkləməkləridir. Belə ki, tənzimləyici orqanlar belə hesab edirlər ki, infrastruktur şirkətlərinin mövcudluğu onlara bu sahədə ixtisaslaşmağa və nisbətən aşağı qiymətlərə xidmət göstərməyə imkan verəcək və nəticə etibari ilə bu bazara yeni daxil ola biləcək potensial iştirakçılara da mövcud şəbəkə infrastrukturunu əlçatan edəcəkdir. Bu isə əvvəllər yüksək kapital xərclərinə görə bazara giriş maneəsi ilə üzləşən şirkətlərin bazara qoşulmasına stimul yaradacaq. Bundan başqa ortaq infrastruktur modeli mobil operatorlara ölkənin ucqar əyalətlərinə daha tez çıxmağa imkan verir ki, bu da tənzimləyici orqanlarının marağını təmin etməkdədir. Tənzimləyici orqanların marağında olduğu digər bir məqam isə, bu modelin daha səmərəli ekoloji həll təklif etməsidir. Belə ki, infrastruktur paylaşımı daha az qüllə, antenna kimi avadanlıqların quraşdırılması və landşaftın təmiz, geniş və sakit qalması deməkdir.
Bəs Azərbaycan mobil operatorları beynəlxalq təcrübədən yararlanırlarmı? Araşdırmamız nəticəsində müəyyən edirik ki, əslində Azərbaycanın mobil operatorları da infrastruktur paylaşımından istifadə edirlər. Belə ki, məsələn, ən böyük mobil operator olan Azercell və bazarın ən kiçik iştirakçısı Azerfon bir-birinin texniki sahələrindən qarşılıqlı şəkildə istifadə edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
9 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
13 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
14 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
16 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
16 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Ən çox oxunanlar
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq

























