Azərbaycanda 1 kvadratmetr mənzilin tikintisi neçəyə başa gəlir? – Yeni rəqəmlər
Ev tikmək daha da bahalaşıb – Tikinti xərcləri 10%-dən çox artıb. Tikinti materialları bahalaşmanı sürətləndirib – Xərclərin 81%-lik artım payı materiallardan qaynaqlanır. Müasir yaşayış kompleksinin 1 kvadratmetri 850 manata başa gələ bilər.Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı Tikinti İndeksi 110,2 bənd təşkil edib.
Palatadan Marja.az-a bildirilib ki, 2025-ci ilin dekabr ayının 100 bəndlik baza səviyyəsi ilə müqayisədə bu, tikinti xərclərinin 10,2% artması deməkdir. Avqustla müqayisədə isə indeks dəyişməyib.
Palatanın hesablamalarına görə, avqustda qeydə alınan 3,1%-lik aylıq artımdan sonra tikinti bazarında qiymətlər sabitləşib. İndeksin hesablanmasında istifadə olunan müqayisə mövqelərinin heç birində sentyabrda qiymət dəyişikliyi baş verməyib. Belə ki, avqustda bahalaşaraq 35 manata çatan şeben və atsep üzrə qiymətlər əvvəlki səviyyədə qalıb.
Taxtanın kubmetrinin qiyməti 380 manat, tamet işinin bir kvadratmetrinin qiyməti 8 manat təşkil edib. Ekskavatorun günlük icarəsi 300 manat, kranın 250 manat, beton nasosunun isə 200 manat səviyyəsində dəyişməz qalıb. Dekabr 2025-ci ildən bəri tikinti xərclərinin artımının əsas hissəsi materialların payına düşüb. İndeksdəki 10,2 bəndlik yüksəlişin 8,2 bəndi, yaxud 81%-i tikinti materialları ilə bağlıdır. Əməkhaqqının töhfəsi 1,6 bənd, maşın-mexanizmlərin payı isə 0,4 bənd olub. Bu, tikinti maya dəyərinin artımında əsas amilin material qiymətləri olduğunu göstərir.
AQP-nin sentyabr ayı üzrə bazar monitorinqinə əsasən, armaturun bir tonunun qiyməti 1 100-1 300 manat, M200-M400 markalı betonun kubmetri 85-105 manat, sementin kisəsi 7-9 manat, qumun tonu isə 25 manat olub. Fəhlənin günlük əməkhaqqı 50-80 manat, ustanın əməkhaqqı isə 100 manat səviyyəsində qeydə alınıb. Bu qiymətlər indeksin hesablanmasında istifadə olunan müqayisə səbətinə daxil olmadığından aylıq dəyişiklikləri indeksə təsir etmir.
Palatanın hesablamasına görə, 16 mərtəbəli, ümumi sahəsi 10 min kvadratmetr olan yaşayış binasının torpaq sahəsi nəzərə alınmadan tikinti maya dəyəri sentyabrda bir kvadratmetr üçün 409,3 manat təşkil edib. Bu göstərici avqust səviyyəsində qalıb. Materiallar və digər birbaşa xərclər 167,8 manat, əməkhaqqı 94,5 manat, maşın-mexanizmlər üzrə xərclər isə 10,2 manat olub. Podratçı, developer, layihə və ekspertiza xərcləri daxil edildikdə göstərici 409,3 manata çatıb.
Liftlər, tam mühəndis sistemləri, ƏDV, maliyyələşdirmə, kommunal qoşulma haqları və torpaq dəyəri nəzərə alınmaqla, müasir yaşayış kompleksinin tam hazır vəziyyətdə tikintisi üçün indikativ xərc təxminən 850 manat/kvadratmetr səviyyəsində qiymətləndirilir. AQP qeyd edir ki, tikinti xərclərinin artımı ümumi istehlak qiymətlərinin dinamikasını üstələyib. Sentyabrda illik inflyasiya 5,5% təşkil etdiyi halda, tikinti indeksi ilin əvvəlindən 10,2% yüksəlib.
Eyni zamanda, 2026-cı ilin yanvar-avqust aylarında əsas kapitala 12,68 milyard manat investisiya yönəldilib ki, bu da real ifadədə 10% artım deməkdir. İnvestisiya fəallığı material qiymətlərinin aşağı düşməsini məhdudlaşdıran amillərdən biri kimi qiymətləndirilir. İndeks sabit çəkili kompozit metodologiya əsasında hesablanır: tikinti materiallarının çəkisi 65%, əməkhaqqının 25%, maşın-mexanizmlərin isə 10%-dir. AQP-nin məlumatına görə, dekabr 2025-ci ilin qiymətləri ilə hesablanmış tikinti xərclərini sentyabr səviyyəsinə uyğunlaşdırmaq üçün 1,102 əmsalından istifadə edilə bilər. Palata payız aylarında qiymətlərin avqust səviyyəsində qalacağını gözləyir, inflyasiyanın material bazarına ötürülməsini isə əsas risklərdən biri hesab edir.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası daşınmaz əmlak, avtomobil və tikinti indekslərini dövri olaraq, hər ay açıqlayır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
4 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
4 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
5 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
6 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
























