Azərbaycanın nəhəng neft platformasından 20 ildə 645 milyon bareldən çox neft çıxarılıb
Şərqi Azəri 20 yaşını qeyd edirSabah Şərqi Azəri platformasından ilk neft hasilatının 20 ili tamam olur. Bu, nəhəng Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsində əlamətdar hadisədir.
bp-nin Azərbaycan ofisinin yaydığı məlumatda bildirilir ki, Şərqi Azəridən ilk hasilat 21 oktyabr 2006-cı ildə əldə olunmuş və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası tamamlanmışdı. İlk neft əvvəlcədən qazılmış səkkiz öncə qazma quyusunun birincisindən hasil olunaraq yeni sualtı boru kəməri vasitəsilə 10 noyabr 2006-cı il tarixində Səngəçal terminalına çatmışdı.
Ötən 20 il ərzində Şərqi Azəri AÇG-nin uğurunda mühüm rol oynayıb. İndiyədək platformadan 645 milyon bareldən (87 milyon ton) çox neft hasil edilib və bununla da Şərqi Azəri 1997-ci ilin noyabrında hasilata başlamış AÇG yatağından 4,7 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.
Şərqi Azəri hazırda təhlükəsiz və etibarlı şəkildə öz fəaliyyətini davam etdirir. 2026-cı ilin üçüncü rübünün sonuna platformanın gündəlik orta hasilatı təxminən 46 min barel təşkil edib.
Şərqi Azəri obyektləri 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış platformasından və qurudakı Səngəçal terminalına birləşmiş 30 düymlük sualtı boru kəmərindən, həmçinin bir sıra yataqarası boru xətləri və sistemlərindən ibarətdir.
Hazırda Şərqi Azəridə təxminən 170 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri azərbaycanlı mütəxəssislərdir.
İndiyədək platformadan ümumilikdə 39 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 36 quyudan 27-si hasilat, 8-i suvurma quyusu və biri isə şlamların yenidən laylara vurulması üçün quyudur.
Şərqi Azəri yetkin işlənmə mərhələsində olan AÇG yatağından maksimum neftvermənin təmin olunmasında innovasiya və texnologiyaların gücünü nümayiş etdirməkdə davam edir. Bu yaxınlarda platformadan təhvil verilmiş D18Z quyusunda təxminən 2000 metrdən çox açıq lülə hissəsi qazılıb ki, bunun 1500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. D18Z quyusu indiyədək AÇG yatağında qazılmış quyular arasında ən geniş lay təmasına malikdir və yataqdan əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha vurğulayır.
Şərqi Azəri dünya səviyyəli bir dəniz obyektidir. O bundan sonra da hələ uzun illər AÇG-nin uğurlu gələcəyinə dəyərli töhfələr verməklə Azərbaycanın neft sənayesinin aparıcılarından biri olacaq.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
8 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
8 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
9 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
10 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı






















