"Marriott International" Azərbaycandakı 3 lüks hotelə rəhbər təyin etdi
“The Ritz-Carlton”, “JW Marriott” və “The St. Regis Baku”ya bir rəhbər təyin olunub. "Marriott International" Bakıda 3 lüks hotelin idarəçiliyini Nilesh Singh-ə tapşırıb.Nilesh Singh Azərbaycanda Marriott International şirkətinin genişlənən portfelinə rəhbərlik etmək üçün bölgə üzrə baş menecer vəzifəsinə təyin olunub. Bu vəzifə JW Marriott Absheron Baku, The Ritz-Carlton, Baku və gələcəkdə fəaliyyətə başlayacaq The St. Regis Baku hotellərini əhatə edir və şəhərin lüks qonaqpərvərlik sektorunda yeni mərhələnin başlanğıcını qeyd edir.
XXX
Marriott International şirkəti oktyabr ayından etibarən Nilesh Singh-in Bölgə üzrə Baş Menecer vəzifəsinə təyin olunduğunu elan edib.
Yeni vəzifəsində Nilesh Singh The Ritz-Carlton, Baku, JW Marriott Absheron Baku və gələcəkdə fəaliyyətə başlayacaq The St. Regis Baku hotellərinin strateji inkişafına və əməliyyat fəaliyyətinə rəhbərlik edəcək. Bu təyinat Marriott International-ın Azərbaycandakı mövqeyini daha da gücləndirmək istiqamətində mühüm addımdır.
Nilesh Singh 2023-cü ilin may ayından etibarən The Ritz-Carlton, Baku və JW Marriott Absheron Baku hotellərinin Baş Menecer vəzifəsində çalışır. O, lüks qonaqpərvərlik sahəsində 20 ildən artıq peşəkar təcrübəyə malikdir və The Ritz-Carlton, The St. Regis və Oberoi Hotels & Resorts kimi beynəlxalq nüfuza malik brendlərdə rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Bakıya təyin olunmazdan əvvəl Nilesh Singh Le Méridien Maldives Resort & Spa-da Açılış üzrə Baş Menecer vəzifəsində çalışıb və kurortun açılış mərhələsinə, eləcə də ilkin əməliyyat fəaliyyətinə uğurla rəhbərlik edib.
Genişlənmiş səlahiyyətləri çərçivəsində Nilesh Singh mövcud hotellər portfelinə rəhbərlik etməklə yanaşı, şəhərin lüks qonaqpərvərlik sektorunda ən çox gözlənilən layihələrdən biri olan The St. Regis Baku hotellinin açılış hazırlıqlarına da nəzarət edəcək. Hotel St. Regis brendinin özünəməxsus ənənələrini, zərif xidmət standartlarını və fərqləndirici xarakterini Azərbaycana gətirəcək.
“Nilesh güclü liderlik keyfiyyətləri və Bakı bazarını dərindən anlaması ilə seçilir. Onun zəngin təcrübəsi, komandasına sadiqliyi və lüks qonaqpərvərlik sahəsində əldə etdiyi uğurlu nəticələr onu Azərbaycandakı genişlənən portfelimizə rəhbərlik etmək və The St. Regis Baku hotellinin açılışını idarə etmək üçün ideal namizədə çevirir”, – deyə Şərqi Avropa üzrə Lüks, Premium və Select Brendlər üzrə Regional Vitse-Prezident Pankaj Birla bildirib.
Nilesh Singh-in bu təyinatı Marriott International üçün Azərbaycanda yeni və mühüm mərhələnin başlanğıcını ifadə edir. The St. Regis Baku ilə bağlı əlavə məlumatlar yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.
Marriott International haqqında
Marriott International, Inc. (Nasdaq: MAR) şirkətinin baş ofisi ABŞ-ın Merilend ştatının Bethesda şəhərində yerləşir. Şirkətin portfelinə 148 ölkə və ərazidə fəaliyyət göstərən, 30-dan çox aparıcı brendi təmsil edən 10 mindən artıq obyekt daxildir. Marriott International dünya üzrə hotelləri, rezidensiyaları, taymşer layihələrini və digər yerləşdirmə obyektlərini idarə edir, françayzinq və lisenziyalaşdırma fəaliyyətini həyata keçirir. Şirkət, həmçinin çoxsaylı mükafatlara layiq görülmüş Marriott Bonvoy® səyahət platformasını təqdim edir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
4 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
4 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
5 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
6 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı





















