970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Paşinyan yeni konstitusiya üçün növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etmir

AzVak-mobil_resmin_ustu_31
Paşinyan yeni konstitusiya üçün növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etmir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiyaya dəyişikliklər və Azərbaycanla sülh sazişinin imzalanması məsələləri ilə bağlı növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etməyib.

Ermənistan mediasının məlumatına görə, Baş nazir bildirib ki, yaxın vaxtlarda Konstitusiya layihəsi dərc olunacaq, ictimai müzakirələr başlayacaq və sənəd parlamentə təqdim ediləcək.

Paşinyan müxalifəti bu məsələnin vacibliyinə inandırmağa çalışacaqlarını, bunun nəticə verməyəcəyi təqdirdə, digər ssenariləri, o cümlədən növbədənkənar seçkilərin keçirilməsini nəzərdən keçirəcəklərini deyib.

“Biz müxalifətdəki həmkarlarımızı bunun Ermənistan dövlətinin mövcudluğunun təmin edilməsi məsələsi baxımından vacib və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq. Əgər bu, nəticə verməsə, növbədənkənar seçkilərin keçirilməsi ehtimalı da daxil olmaqla, digər ssenariləri nəzərdən keçirəcəyik”, – Baş nazir bildirib.

O, Konstitusiyaya dəyişikliklər etmək və Azərbaycanla sülh sazişini imzalamaq vədini Ermənistan vətəndaşlarına verdiyini xatırladıb.

“Əgər Ermənistan xalqı bu vədin yerinə yetirildiyini görmək istəyirsə, bunu xalqla birlikdə həyata keçirməliyik. Əgər xalq bu vədin yerinə yetirildiyini görməsə, müəyyən məqamda mənim siyasi missiyamın başa çatdığı qənaətinə gəlmək olar. Buna görə də bu, mənim üçün prinsipial məsələdir”, – Paşinyan vurğulayıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

22.10.2026 13:42
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19