970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İqtisadiyyat Nazirliyi yeni layihəyə başlayır – İqtisadi Observatoriya yaradılır

Azərbaycanda iqtisadi artıma təsir edən amillər xüsusi mərkəzdə araşdırılacaq.
AzVak-mobil_resmin_ustu_31
İqtisadiyyat Nazirliyi yeni layihəyə başlayır – İqtisadi Observatoriya yaradılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında İqtisadi Observatoriyanın yaradılması və inkişafına dair Çərçivə Əməkdaşlıq Sazişi imzalanıb.

Sənədi iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və İspaniyanın IE Universitetinin icraçı prezidenti Santyaqo İniqes Onsono imzalayıblar.

Saziş iqtisadi şaxələndirmə, məhsuldarlığın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində birgə tədqiqatların və iqtisadi təhlillərin aparılmasını, dövlət, biznes və akademik dairələr arasında dialoqun təşviqini nəzərdə tutur.

İqtisadi Observatoriyanın fəaliyyəti çərçivəsində iqtisadi inkişaf meyillərinin, gələcək artıma təsir edən amillərin öyrənilməsi, iqtisadi monitorinqin və beynəlxalq müqayisələrin aparılması planlaşdırılır. Tədqiqat gündəliyi Azərbaycanın iqtisadi prioritetləri və IE Universitetinin akademik təcrübəsi nəzərə alınmaqla birgə müəyyən ediləcək.

Qeyd edək ki, IE Universiteti İspaniyada fəaliyyət göstərən ali təhsil müəssisəsidir. Universitet bakalavriat, magistratura və doktorantura, eləcə də rəhbər şəxslər üçün təhsil proqramları təklif edir. Onun fəaliyyəti təhsil, tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərini əhatə edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

27.10.2026 17:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19