Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ağdam Sənaye Parkında yeni şirkət - 11 milyon investisiya yatıracaq, yem istehsalı müəssisəsini yaradacaq

Ağdamda 11 milyon manatlıq yeni zavod tikiləcək. Yeni zavod yem istehsal edəcək. “Ağdam Agro yem” MMC tərəfindən heyvandarlıq təsərrüfatları üçün yem istehsalı layihəsi həyata keçiriləcək.
AzVak-mobil_resmin_ustu_31
Ağdam Sənaye Parkında yeni şirkət - 11 milyon investisiya yatıracaq, yem istehsalı müəssisəsini yaradacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Ağdam Agro yem” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Marja xəbər verir ki, şirkət tərəfindən Parkın ərazisində heyvandarlıq təsərrüfatlarının tələbatına uyğun yem məhsullarının istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur.

Reklam_3_11

İnvestisiya dəyəri 11 milyon manat olan layihənin reallaşdırılması heyvandarlıq təsərrüfatlarının yem təminatının yaxşılaşdırılmasına, yerli istehsal və ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən, Ağdam rayonunda 190 hektar ərazidə yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Burada rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən tam azaddırlar. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilir. Bununla yanaşı, sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər stimullaşdırıcı tədbirlər də nəzərdə tutulub. 

Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.

Ağdam Agro yem MMC Ağdam Agro yem Ağdam Sənaye Parkı Ağdamda yeni zavod Ağdamda investisiya 11 milyon manat İqtisadi Zonaların İnkişafı Agentliyi İZİA Qarabağda investisiya Qarabağda yeni müəssisə yem istehsalı heyvandarlıq üçün yem kənd təsərrüfatı heyvandarlıq sektoru yerli istehsal yem zavodu sənaye parkının rezidentləri Ağdam Sənaye Parkının rezidenti Qarabağın iqtisadi inkişafı işğaldan azad edilmiş ərazilər sənaye parklarında vergi güzəştləri Qarabağda sənaye istehsalı.
27.10.2026 15:11
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19