Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

"Pulsuz hüquqi yardım haqqında” haqqında yeni qanun layihəsini birinci oxunuşda qəbul edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Pulsuz hüquqi yardım haqqında” haqqında yeni qanun layihəsini birinci oxunuşda qəbul edilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Milli Məclisin bu gün keçirilən iclasında “Pulsuz hüquqi yardım haqqında” haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi 5 fəsil, 14 maddədən ibarətdir, insan və vətəndaş hüquq və azadlıqlarının, habelə onların qanuni maraqlarının müdafiəsi, habelə Azərbaycan Respublikasında pulsuz hüquqi yardımdan yararlanmaq hüququna malik şəxsləri keyfiyyətli hüquqi yardımla təmin etmək məqsədilə həmin şəxslərə göstərilən pulsuz hüquqi yardımın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.

İlkin hüquqi yardım Azərbaycan Respublikasının normativ hüquqi aktları, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri, məhkəmədən kənar və məhkəmə qaydasında hüquqların həyata keçirilməsi və hüquq müdafiə üsulları barədə məlumatlandırma, ərizələrin, şikayətlərin və digər sənədlərin hazırlanmasına kömək göstərilməsi, habelə peşəkar hüquqi yardım anlayışına daxil olmayan digər yardım formalarıdır.

Peşəkar hüquqi yardım cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, habelə zərərçəkən qismində tanınmış fiziki şəxsin təmsil edilməsi, xüsusi ittihamçıya, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə, insan alverinin qurbanına, inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin müdafiəsi, habelə inzibati xəta haqqında iş üzrə zərərçəkmiş fiziki şəxsin təmsil edilməsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin məhkəmədə təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçi fiziki şəxsin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində, digər dövlət orqanlarında (qurumlarında) təmsil edilməsi və qeyd olunanlarla bağlı həmin şəxslərə hüquqi yardım göstərilməsidir.

Bu Qanun vətəndaşların beynəlxalq təşkilatlarda, onların nümayəndəliklərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında hüquqlarının müdafiəsi ilə bağlı işlərin görülməsinə şamil edilmir.

Qanunla başqa hal nəzərdə tutulmadığı halda, pulsuz hüquqi yardım bu məqsədlə dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına həyata keçiriləcək.

Peşəkar hüquqi yardım almaq hüququna malik olan şəxslər aşağıdakılardır:

- hüquqi yardıma ehtiyacı olan, lakin göstərilən yardıma görə xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan (maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan aşağı olan) aztəminatlı şəxslər:

- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

- əlilliyi olan işləməyən şəxslər;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyatda olan şəxslər;

- hüquqi yardıma ehtiyacı olan digər şəxslər:

- şəhid ailələrinin üzvləri;

- müharibə veteranları;

- insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;

- "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanuna uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər;

- yetkinlik yaşına çatmayan şəxslər;

- qaçqın statusu almış şəxslər, Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslər;

- valideyn himayəsindən məhrum olmuş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər;

- cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (cəzaçəkmə müəssisəsindən azad edildiyi gündən 1 (bir) il müddətinə);

- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər.

Həmin şəxslər pulsuz hüquqi yardım almaq hüququnu itirdikdə, müraciət olunan iş üzrə pulsuz hüquqi yardımın göstərilməsi dayandırılmır.

Pulsuz hüquqi yardım Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təşkil ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

30.10.2026 13:10
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19