Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İki dövlət şirkətinə büdcədən 51 milyon manatdan çox subsidiya veriləcək

“Azəristiliktəchizat” və “Təmiz Şəhər”ə büdcədən 51,3 milyon manat ayrılacaq. “Azəristiliktəchizat”ın zərəri dövlət büdcəsi hesabına ödəniləcək. İstilik tarifləri xərcləri qarşılamır – Dövlət şirkətinə milyonlarla manat subsidiya ayrılacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
İki dövlət şirkətinə büdcədən 51 milyon manatdan çox subsidiya veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2027-ci ildə dövlət büdcəsindən “Azəristiliktəchizat” və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətlərinə ümumilikdə 51,3 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.

Marja.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Reklam_3_11

Layihəyə əsasən, “Azəristiliktəchizat” ASC-yə 33,8 milyon manat subsidiya ayrılması proqnozlaşdırılır. Vəsait istilik təchizatı xidmətləri üzrə satış tariflərinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsinə yönəldiləcək.

“Təmiz Şəhər” ASC-yə isə bərk məişət tullantılarının zərərsizləşdirilməsi məqsədilə 17,5 milyon manat subsidiya ayrılması planlaşdırılır.

Beləliklə, iki dövlət şirkətinə ayrılması nəzərdə tutulan subsidiyaların 65,9 faizi “Azəristiliktəchizat”ın, 34,1 faizi isə “Təmiz Şəhər”in payına düşür.

Mənzil-kommunal xərclərə 335,2 milyon manat ayrılacaq

2027-ci ilin dövlət büdcəsi layihəsində mənzil və kommunal təsərrüfatı xərcləri üçün ümumilikdə 335,2 milyon manat vəsait nəzərdə tutulub.

Bu vəsaitin 132,5 milyon manatı və ya 39,5 faizi kommunal təsərrüfatına, 120,7 milyon manatı və ya 36 faizi mənzil-kommunal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcək.

Bundan əlavə, mənzil təsərrüfatına 60 milyon manat, su təsərrüfatına 15,7 milyon manat, lift təsərrüfatına isə 6,3 milyon manat ayrılması planlaşdırılır.

Azəristiliktəchizat Təmiz Şəhər 2027-ci il dövlət büdcəsi dövlət subsidiyaları Azəristiliktəchizat subsidiyası istilik tarifləri istilik təchizatı mənzil-kommunal xərclər kommunal təsərrüfat dövlət şirkətlərinin maliyyələşdirilməsi 51 3 milyon manat
04.11.2026 11:47
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19