PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: “İdman hər kəs üçün bərabər imkan olmalıdır”
“PAŞA Həyat” Bakıda keçiriləcək Avropa çempionatının baş sponsoru olub."PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə.
- Ülviyyə xanım, PAŞA Həyat üçün sosial məsuliyyət nə deməkdir? Bu istiqamətdə strategiyanız necə qurulub?
- Həyat sığortası mahiyyətcə insanın bu gününə və sabahına verilmiş sözdür. Bu sözü yalnız müqavilə ilə deyil, cəmiyyətdə gördüyümüz işlə də tutmalıyıq. Bu il həyata keçirdiyimiz “Güclüsən” layihəsi də, bu çempionata dəstəyimiz də həmin strategiyanın davamıdır. Biz tək-tək tədbirlər deyil, ardıcıl və uzunmüddətli təsir yaratmağa çalışırıq.
- Niyə məhz eşitmə məhdudiyyətli idmançıların çempionatı?
- Çünki inklüzivlik sözlə deyil, imkan yaratmaqla olur. Bu idmançılar peşəkar idmanın bütün tələblərini qarşılayır: eyni məşq yükü, eyni intizam, eyni qələbə əzmi. Lakin onların uğurları çox vaxt daha az görünür. Cüdo isə hörmət, dözümlülük və özünə inam idmanıdır. Bu dəyərlər bizə çox yaxındır. Baş sponsor olmaqla bu idmançıların səsini daha geniş auditoriyaya çatdırmaq istəyirik.
- Sponsorluq nələri əhatə edir?
- Biz çempionatın baş sponsoruyuq və təşkilatçıları yarışın yüksək səviyyədə keçirilməsində dəstəkləyirik. Amma bizim üçün əsas olan maddi töhfə deyil, iştirakdır. Bağlanış mərasimində medalları qaliblərə biz təqdim edəcəyik. Əməkdaşlarımız da tribunalarda olacaq və idmançıları dəstəkləyəcək.
-Bu çempionatın Bakıda keçirilməsi nə ifadə edir?
- Azərbaycan artıq böyük beynəlxalq yarışların etibarlı ev sahibidir. Avropa miqyaslı bu çempionatın Bakıda keçirilməsi ölkəmizin inklüziv idmana açıq olduğunu da göstərir. Bizim üçün bu prosesin bir hissəsi olmaq qürurvericidir.
- Bu istiqamətdə gələcək planlarınız nədir?
- Bu çempionat bizim üçün birdəfəlik təşəbbüs deyil. Məqsədimiz odur ki, idmanın və sağlam həyatın imkanları hər kəs üçün bərabər olsun.
- Azərkeşlərə nə demək istərdiniz?
-Noyabrın 11–12-də Bakı Əl Oyunları Sarayında idmançılarımızı birlikdə dəstəkləyək. Bu yarışda alqışı eşitmək olmur, amma görmək olur. Doluluq, bayraqlar, əl hərəkətləri idmançılara ən böyük dəstəkdir.
- Müsahibəyə görə təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 18 saat sonra
-
20 d. əvvəl
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
22 d. əvvəl
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb ®
-
1 saat əvvəl
“Azərsun Holdinq” şəhid övladları üçün əyləncəli tədbir təşkil edib - FOTO
-
1 saat əvvəl
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: “İdman hər kəs üçün bərabər imkan olmalıdır”
-
1 saat əvvəl
Pul bazasında yeni maksimum – Oktyabrda daha 328 milyon manat artım
- 1 saat əvvəl
-
2 saat əvvəl
Valyuta ehtiyatları sürətlə artır – Mərkəzi Bank yeni rəqəmləri açıqladı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: “İdman hər kəs üçün bərabər imkan olmalıdır”
Ən çox oxunanlar
Pul bazasında yeni maksimum – Oktyabrda daha 328 milyon manat artım
Mobil telefonlar da POS-terminal sayılacaq
Baku Steel Company “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
Azərbaycanlıların pullarını ələ keçirən şəbəkə ifşa edildi – 11 nəfər ölkəyə gətirildi
Noyabrın 4-də gözlənilən hava şəraiti


























