Valyuta ehtiyatları sürətlə artır – Mərkəzi Bank yeni rəqəmləri açıqladı
Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 milyard dolları ötüb – Bir ildə 4 milyard dollardan çox artım. Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb.Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları artmaqda davam edir. 2026-cı il oktyabrın 30-na ehtiyatların həcmi 15 milyard 430,4 milyon ABŞ dollarına çatıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyard 62,1 milyon dollar və ya 35,7% artıb.
Belə ki, 2025-ci il oktyabrın 31-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 milyard 368,3 milyon dollar təşkil etmişdi.
Oktyabrda valyuta ehtiyatları daha 67 milyon dollar artıb
2026-cı ilin sentyabr ayının sonuna AMB-nin valyuta ehtiyatları 15 milyard 363,4 milyon dollar olub. Beləliklə, oktyabr ayında ehtiyatlar 67 milyon dollar və ya 0,4% artıb.
2025-ci ilin sonu ilə müqayisədə isə Mərkəzi Bankın valyuta ehtiyatlarında 3 milyard 915,5 milyon dollar və ya 34% artım qeydə alınıb.
Xatırladaq ki, 2025-ci ilin sonunda AMB-nin rəsmi valyuta ehtiyatları 11 milyard 514,9 milyon dollar səviyyəsində idi. Bu göstəricilər Mərkəzi Bankın valyuta ehtiyatlarının həm aylıq, həm də illik müqayisədə artımını davam etdirdiyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 19 saat sonra
-
5 d. əvvəl
“Azərsun Holdinq” şəhid övladları üçün əyləncəli tədbir təşkil edib - FOTO
-
17 d. əvvəl
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: “İdman hər kəs üçün bərabər imkan olmalıdır”
-
53 d. əvvəl
Pul bazasında yeni maksimum – Oktyabrda daha 328 milyon manat artım
- 55 d. əvvəl
-
1 saat əvvəl
Valyuta ehtiyatları sürətlə artır – Mərkəzi Bank yeni rəqəmləri açıqladı
-
1 saat əvvəl
Bakı–Quba, Bakı–Qusar və digər avtobus marşrutları bu şirkətlərə verildi
-
2 saat əvvəl
Baku Steel Company “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Pul bazasında yeni maksimum – Oktyabrda daha 328 milyon manat artım
Mobil telefonlar da POS-terminal sayılacaq
Ən çox oxunanlar
Baku Steel Company “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
Azərbaycanlıların pullarını ələ keçirən şəbəkə ifşa edildi – 11 nəfər ölkəyə gətirildi
Noyabrın 4-də gözlənilən hava şəraiti





























