Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda ən çox istifadə olunan 10 toxum sortundan 3-ü “Agro Dairy” şirkətinə məxsusdur

Ramil Məmmədov: “Yüksək məhsuldarlığın təməli münbit torpaq və müasir texnika deyil, düzgün toxum seçimidir. Səhv seçim isə itirilmiş qazanc deməkdir”
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda ən çox istifadə olunan 10 toxum sortundan 3-ü “Agro Dairy” şirkətinə məxsusdur
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Agro Dairy” bu ilin taxıl biçini mövsümünü 98 min tondan çox buğda və arpa ilə yekunlaşdırıb. Şirkət ötən ilin rekord məhsuldarlıq göstəricilərini daha az resursla qoruyub saxlamağa nail olub və bu nəticəni düzgün toxum seçimi, müasir aqrotexnologiyaların tətbiqi və peşəkar aqrotexniki qulluqla əlaqələndirir.

Mövsümün yekunlarını dəyərləndirən “Agro Dairy”nin İdarə Heyətinin üzvü, Bitkiçilik üzrə idarəedici direktoru Ramil Məmmədov şirkətin qarşıdakı illər üçün strateji prioritetlərini də açıqlayıb. Sertifikatlı toxum bazarında güclü mövqeyə malik şirkət 2029-cu ilədək toxum satışını 10 min tona çatdırmağı, Qarabağda orqanik istehsalı genişləndirməyi və sektor üçün yeni nəsil mütəxəssislər yetişdirməyi planlaşdırır.

Sertifikatlı toxum – strategiyanın təməli

Ramil Məmmədov sertifikatlı toxumçuluğu şirkət strategiyasının mərkəzi elementi adlandırıb.

“Toxum bitkiçiliyin bünövrəsidir. Torpaq hazırlandıqdan sonra ilk və əsas addım doğru toxuma üstünlük verməkdir, çünki məhsulun həm həcmi, həm də keyfiyyəti məhz ondan asılıdır. Bu qərar bilik, ekspertiza və tədqiqat tələb edir. Bünövrə düzgün qoyulmazsa, onun üzərində qurulan heç bir iş gözlənilən nəticəni vermir”, – deyə o bildirib.

Keyfiyyətli toxum istehsal etmək işin yalnız bir tərəfidir, digər tərəfi isə fermerin bu toxumun fərqini görməsi və ona etibar etməsidir. Məhz buna görə “Agro Dairy” regionlarda maarifləndirmə işinə xüsusi diqqət ayırır və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə birgə təşkil olunan regional sərgilərdə fəal iştirak edir. Bu il isə şirkətin Hacıqabul rayonundakı Padarçöl təsərrüfatı 99-cu Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkasına ev sahibliyi edib. Yüzlərlə fermeri və onlarla şirkəti bir araya gətirən tədbirdə geniş toxum çeşidi nümayiş etdirilib, fermerlərə sertifikatlı toxumlar təqdim olunub, sortun torpaq-iqlim şəraitinə uyğunluğunun məhsuldarlığa təsiri və aqrotexniki qulluq qaydaları barədə ətraflı məlumat verilib.

Toxumçuluq sahəsində yenilənmiş dövlət dəstəyi proqramı da tətbiq olunur. Ramil Məmmədov Aqrar Subsidiya Şurasının super-elit toxum istehsal edən fermerlərə yüksək əmsalla subsidiya verilməsi barədə yeni qərarını yerli toxumçuluğun inkişafı üçün mühüm addım kimi dəyərləndirib: “Sertifikatlı toxum istifadəsi tələbinin 5 hektara endirilməsi daha çox fermerin keyfiyyətli toxuma keçməsinə imkan yaradacaq. Bu isə həm fermerin məhsuldarlığına, həm də bütövlükdə sahənin inkişafına birbaşa təsir göstərəcək.”

Missiya eyni qalır, alətlər yenilənir

“Agro Dairy” 2014-cü ildə fəaliyyətə illərlə istifadəsiz qalmış, əkinə yararsız hesab olunan torpaqları dövriyyəyə qaytarmaqla başlayıb. Bu gün həmin sahələrdə müasir texnologiyaların tətbiqi sayəsində yüksək məhsuldarlıq əldə olunur.

Bu təcrübə şirkətin bugünkü böyümə modelinin də əsasını təşkil edir. Model iki istiqaməti birləşdirir: bir tərəfdən torpaq və su resurslarının imkan verdiyi ölçüdə yeni sahələr əkin dövriyyəsinə cəlb olunur, digər tərəfdən mövcud təsərrüfatlarda hər hektardan alınan nəticə ardıcıl olaraq artırılır. Dəqiq əkinçilik texnologiyaları isə hər iki istiqamətdə resurslardan səmərəli istifadəyə və xərclərin optimallaşdırılmasına imkan verir.

“Genişlənmə və səmərəlilik bizim üçün bir-birinin alternativi deyil, eyni strategiyanın iki tərəfidir. Yeni torpaqlar istehsal gücümüzü artırır, müasir texnologiyalar isə hər hektardan maksimum nəticə almağa imkan verir”, – deyə Ramil Məmmədov bildirib.

Onun sözlərinə görə, hər torpaq sahəsinin öz xarakteri var və fərdi yanaşma, xüsusi metodika tələb edir. Əkinə başlamazdan əvvəl iqlim şəraiti, su ehtiyatları, insan resursları və logistik imkanlar hərtərəfli təhlil edilir. Hansı bitkinin əkiləcəyi, hansı toxumun seçiləcəyi, suvarma texnologiyası və aqrotexniki qulluq isə məhz bu təhlilin nəticəsinə əsasən müəyyənləşdirilir.

Strategiya dövlət prioritetləri ilə uzlaşdırılıb

Prezidentin Sərəncamı ilə təsdiq edilmiş 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı aqrar sektor qarşısında məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi kimi mühüm hədəflər qoyur. “Agro Dairy” öz strategiyasını Proqramın əsas hədəfləri ilə uzlaşdırıb. Bunun tərkib hissəsi olaraq şirkətin bitkiçilik istiqaməti ərzaqlıq buğda proqramının genişləndirilməsini də prioritet hədəf kimi müəyyənləşdirib.

“Ərzaq təhlükəsizliyi bizim üçün strateji məsuliyyətdir. Yetişdirdiyimiz məhsullar həm ərzaq bazarına, həm də qrupumuzun emal və yem müəssisələrinə yönəlir. Ona görə də bütün dəyər zəncirinin dayanıqlığı ilk növbədə tarlada əldə etdiyimiz nəticədən asılıdır. Qarşıdakı dövrdə taxılçılıqla yanaşı yağlı bitkilər, şəkər çuğunduru və yemlik qarğıdalı istehsalını da artırmağı planlaşdırırıq”, – deyə Ramil Məmmədov qeyd edib.

Qarabağdan dünya bazarlarına

Qarabağda həyata keçirilən “Agro Dairy Organic” layihəsi şirkətin yeni strateji istiqamətlərindən biridir. Layihə çərçivəsində beynəlxalq standartlara uyğun ekoloji təmiz məhsul istehsal olunur: kimyəvi pestisidlərdən və genetik modifikasiya olunmuş toxumlardan istifadə edilmir, torpağın münbitliyi isə növbəli əkin və yaşıl gübrələmə kimi təbii üsullarla qorunur.

Layihənin orqanik sahələri Türkiyənin ORSER qurumunun yoxlamasından keçərək beynəlxalq sertifikat alıb. “Bu sertifikat bizim üçün dünya bazarına açılan qapıdır. İşğaldan azad edilmiş, uzun illər vəhşicəsinə istismar olunmuş torpaqlarımızda müasir texnologiyalarla beynəlxalq standartlara cavab verən məhsul yetişdiririk. Məqsədimiz bu məhsulu həm daxili, həm də xarici bazarlara çıxarmaqdır”, – deyə Ramil Məmmədov bildirib.

İnsan kapitalı – uzunmüddətli investisiya

“Aqrar sektorun gələcəyi insan kapitalından asılıdır”, – deyən Ramil Məmmədov bildirib ki, şirkət gənclərin maarifləndirilməsini və onlarda sektora marağın formalaşdırılmasını məktəb illərindən ilk iş yerinə qədər davam edən ardıcıl sistem kimi qurur.

2025-ci ildə Gəncə–Samux bölgəsində 500-dən çox şagirdlə karyera yönümlü görüşlər keçirilib, şirkətin ilk təcrübə proqramı reallaşdırılıb. Bu il isə ilk dəfə olaraq 3–4-cü kurs tələbələri üçün regional təcrübə proqramına start verilib. İştirakçılar əmək haqqı, qidalanma və yaşayış yeri ilə təmin olunur, təcrübəli mütəxəssislərdən mentorluq alırlar.

“Agro Dairy” ADA Universitetində 400-dən yuxarı bal toplayaraq kənd təsərrüfatı ixtisaslarını seçən tələbələrin təhsil xərclərini ödəyir, Azərbaycan Dövlət Aqrar Universitetində isə təqaüd proqramı həyata keçirir. Şirkətin dəstəklədiyi gənclər arasında 617 bal toplayaraq baytarlıq ixtisasını seçən Xaliq Zeynallı da var.

Sektorun inkişafı üçün geniş platforma

Qeyd edək ki, Ramil Məmmədov bu yaxınlarda AmCham Azerbaijan-ın Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun sədr müavini təyin olunub. Onun fikrincə, yeni Dövlət Proqramının qəbulu qida və kənd təsərrüfatı sahəsinin ölkə üçün strateji əhəmiyyətini daha da artırıb. Bu isə özəl sektorun sahənin inkişafında daha fəal rol oynamasını zəruri edir.

“Sahədəki problemlərin həllinə yönələn hər bir addım sektorun inkişafına töhfədir. Bu platformada məqsədim sektora real fayda verəcək təşəbbüsləri dəstəkləmək və “Agro Dairy”nin təcrübəsi ilə bu prosesə töhfə verməkdir”, – deyə o vurğulayıb.

2030-cu il baxışı

“Qarşıdakı illərdə prioritetlərimiz aydındır: sertifikatlı toxum istehsalını genişləndirmək, su və torpaq resurslarından səmərəli istifadə etmək, elmlə istehsal arasında əməkdaşlığı gücləndirmək və yüksək keyfiyyətli məhsul istehsalının davamlılığını təmin etmək. 2030-cu ildə “Agro Dairy”ni ölkənin ərzaq təhlükəsizliyinin etibarlı dayağı və sertifikatlı toxum bazarında aparıcı yerli istehsalçı kimi görürük. İnanırıq ki, müasir texnologiyalar, keyfiyyətli toxum, elmi yanaşma və peşəkar kadrlar Azərbaycan kənd təsərrüfatının dayanıqlı inkişafının təməlidir”, – deyə Ramil Məmmədov yekunda bildirib.

“Agro Dairy” haqqında

PAŞA Holding-ə daxil olan Agro Dairy ölkənin ən böyük aqrar-sənaye şirkətlərindən biridir. Şirkət fəaliyyətə 2014-cü ildə sertifikatlı toxum və yüksək keyfiyyətli taxıl istehsalı ilə başlayıb. Bu gün 15 şirkəti birləşdirən qrup bitkiçilik və heyvandarlıqdan taxıl emalına, süd və ət məhsullarının istehsalına qədər aqrar sektorun tam dəyər zəncirini əhatə edən inteqrasiya olunmuş biznes modeli üzrə fəaliyyət göstərir.

Şirkət yüksək keyfiyyətli məhsul istehsalı ilə ölkənin ərzaq təhlükəsizliyinə və regionların inkişafına töhfə verir.

Agro Dairy Agro Dairy Azərbaycan Ramil Məmmədov PAŞA Holding Agro Dairy taxıl istehsalı 98 min ton taxıl Agro Dairy toxum istehsalı sertifikatlı toxum 10 min ton toxum satışı Azərbaycanda buğda istehsalı arpa istehsalı Qarabağda kənd təsərrüfatı Agro Dairy Organic orqanik məhsul istehsalı aqrar sektor kənd təsərrüfatı investisiyaları ərzaq təhlükəsizliyi 2030-cu il strategiyası.
03.11.2026 11:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19